Pul kütləsi | Banco.az

Pul kütləsi

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Maliyyə bazarları inkişaf etdikcə pul kütləsinə daxil edilən aktivlərin sayı artır. Müasir dövrdə likvidliyin müəyyən minimal həddini özündə təcəssüm etdirən maliyyə aktivləri pul kütləsinə daxil edilir. Likvidlik prinsipindən əlavə adətən pul kütləsinə maliyyə aktivlərinin elə bir qrupu aid edilir ki, o pul siyasətinin hədəfi olmağa yararlı olsun. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c) geniş mənada pul kütləsi (M3)