Əmanətlərin Sığortalanması Fondu (Deposit Insurance Foun- dation) – əhalinin kommersiya banklarına qoyduğu əmanətlərin mümkün risklərdən sığortalanması üçün formalaşdırılan fondlardır. Azərbaycanda artıq əmanətlərin sığortalanması məqsədləri üçün Əmanətlərin Sığortalanması Fondu yaradılıb. Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. O, üzərində öz adı olan möhürə, habelə Milli Bankda və müəyyən olunmuş qaydada digər banklarda hesablara malikdir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Dövlət və Milli Bank fondun öhdəlikləri üzrə, fond isə dövlətin və Milli Bankın öhdəlikləri üzrə məsuliyyət daşımır.