Maliyyə proqramı makroiqtisadi məqsədlərə nail olmaq üçün əlaqələndirilmiş iqtisadi
siyasət tədbirlər planı olub, makroiqtisadi siyasəti proqramlaşdıran və iqtisadiyyatın bütün sektorları üzrə inkişaf parametrlərini bir-biri ilə uzlaşdıran hesablama modelidir. Başqa sözlə, maliyyə proqramı makroiqtisadi məqsədlərdən asılı olaraq müxtəlif siyasət simulyasiyaları aparmağa imkan verən bir çərçivədir. Bu çərçivə iqtisadiyyatın sektorları (real sektor, xarici sektor, fiskal sektor, monetar sektor) arasındakı qarşılıqlı asılılıqlar maksimum nəzərə alınmaqla formalaşdırılmışdır.