Əlavə məlumat |
Bu kart vasitəsilə Siz restoranlarda, texnika, geyim, mobil telefon mağazalarında,tibb mərkəzlərində və digər ticarət obyektlərində və xidmət sahələrində alış-veriş edə və nağdlaşdıra bilərsiniz.
1. BirKart güzəşt müddəti olan taksit kartıdır.
Bu kartla Siz, 40 günədək güzəşt müddəti olan 10.000 AZN-dək kredit xətti əldə edə bilərsiniz. Kartın istifadə müddəti 36 aydır.
2. BirKart hissə-hissə ödəmək imkanı verən taksit kartıdır.
BirKartla Siz, partnyor mağazalarında istədiyiniz məhsulu alıb, dəyərini hissə-hissə ödəyə bilərsiniz. Xərclənən məbləği 2, 3, 6, 9, 12 və ya 18 aya bölüb ödəmək mümkündür.
3. BirKart cashback qazandırır.
BirKartla istər mağazalarda, istərsə də onlayn ödəniş etdikdə ödədiyiniz məbləğin minimum 1.5% olmaqla 30%-dək hissəsini kartınıza geri qazanırsınız.
|