Banco.az | Tezliklə

Bank Standard “Netty 2013” Milli İnternet Müfakatının qalibi oldu

Azərbaycanca

İyunun 18-də keçirilən “Netty 2013”-ün mükafatlandırma mərasimində Bank Standard “İlin yeni korporativ saytı” nominasiyasında qalib elan olundu. Qeyd edək ki, Bank Standard-ın yeni veb-saytı ümumi korporativ rebrendinq çərçivəsində hazırlanmışdır.  “NETTY” – ölkəmizdə informasiya texnologiyaları üzrə təltif olunan ilk və yeganə milli peşəkar mükafatdır.

Ən sərfəli kredit üçün müraciət et

Bolkart MasterCard müştərilər arasında ajiotaja səbəb olub

Azərbaycanca

“Bank of Baku”-nun MasterCard loqolu Bolkartı təqdim etməsi müştərilərin böyük marağına səbəb olub. Bir həftə ərzində artıq minlərlə müştəri bu plastik kartı əldə edib. İndi onlar Bolkart MasterCard sayəsində həm Azərbaycanda, həm də MasterCard loqosu olan dünyanın istənilən ticarət mərkəzində alış-veriş edə bilirlər. Bundan savayı, Bolkart MasterCard sahibləri internet-mağazalarda arzu etdikləri malı rahat ala bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Azerbaijan” ASC iyunun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanca

“Bank of Azerbaijan” ASC aktivlərinin həcmi 2013-ci il iyunun 1-nə 325.8 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% çoxdur. Bankın nizamnamə kapitalı isə 50 mln. manat təşkil edib.Həmçinin, əhalinin əmanətləri 85.2 mln. manata çatmışdır. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 75% artaraq 296.9 mln. manat təşkil etmişdir.Müvafiq dövr üzrə  “Bank of Azerbaijan” ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 15.2 mln. manata, qeyri-faiz gəlirləri isə 2.99 mln.

Ən sərfəli kredit üçün müraciət et

“Amrahbank”ın Qara Qareyev filialı yeni ünvanda

Azərbaycanca

Müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, onlarla qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərindən olan “Amrahbank”ın Qara Qaryev filialı artıq yeni ünvanda, Şirin Mirzəyev küçəsi 58 ünvanında fəaliyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin rahatlığı baxımından daha münasib yerdə yerləşən Qara Qarayev filialı təqribən 550 kv. metr sahəni əhatə etməklə,  xüsusi tikilmiş iki mərtəbəli binada fəaliyət göstərəcəkdir.

AccessBank 60 milyon ABŞ dolları məbləğində kredit cəlb edib

Azərbaycanca

AccessBank Niderland İnkişaf Bankından (FMO) 60 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bankın kreditorları qismində çıxış edən OeEB – Avstriya İnkişaf Bankı və PROPARCO – Fransa İnkişaf Bankı bu sövdələşməyə qoşularaq sazişin iştirakçısı oldular. Bu sövdələşmə AccessBank-ın 10 illik fəaliyyəti dövründə beynəlxalq konsorsiumdan cəlb etdiyi ən böyük təkrar maliyyələşdirmə paketidir.Bu kredit AccessBank-a mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirməyə kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank-da əhalinin əmanətləri 18,1% artıb

Azərbaycanca

DəmirBank-ın aktivləri 1 iyun 2013-cü il tarixinə 379,5 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6,9 mln. manat çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 8,9 mln. manat və ya 3,2% artaraq 284,3 mln. manatı keçib.

Ən sərfəli kredit üçün müraciət et

 

Səhifələr

« first ‹ previous last »