Banco.az | Tezliklə

AFB Bank ASC AFFA-nın dəstəyi və İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqasında 3-cü yerə layiq görüldü

Azərbaycanca

FFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə dövlət və özəl müəssisələr arasında keçirilən Futbol Liqası başa çatıb. AFFA-nın Futbol Akademiyasının meydançasında keçirilən son 3 qarşılaşmadan sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Turnirin builki qalibi Embawood komandası olub. İkinci pilləni Comp US və HP, üçüncü yeri isə AFB Bank tutub.

Ən sərfəli kredit üçün müraciət et

AccessBank və AİB Azərbaycanın regionlarında kiçik biznesin dəstəklənməsi üçün 50 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalayıb

Azərbaycanca

Bakı, 24 iyul 2013. Asiya İnkişaf Bankı (AİB) AccessBank-a (Azərbaycan) 5 il müddətinə 50 milyon ABŞ dolları məbləğində kredit verəcək. Bu kreditin məqsədi Azərbaycanın kənd ərazilərində mikro və KOB müəssisələrinin, xüsusilə kənd təsərrüfatı müəssisələrinin və fermerlərin kreditləşdirilməsi ilə əlaqədar Bankın fəaliyyətini dəstəkləməkdən ibarətdir. AİB-nın bu krediti beynəlxalq maliyyə təşkilatı tərəfindən AccessBank-a verilən ən böyük ikitərəfli təkrar maliyyələşdirmə vəsaitləridir – bu, iki tərəfdaş arasındakı əməkdaşlığı yeni səviyyəyə çıxarır.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Baku”nağdsız ödənişlər üzrə yenidən lider bank oldu!

Azərbaycanca

Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə iyul ayına aid hesabatında, “Bank of Baku” bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala əsasən, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb. İyul ayında “Bank of Baku”-nun plastik kartları ilə 281.714 sayda nağdsız əməliyyat həyata keçirilib. Hesabat ayına olan məlumata görə, “Bank of Baku”-ya məxsus kartların toplam sayı isə 306. 390 təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bolkart-dan məktəbli və valideynlərə NAĞDLAŞDIRMA hədiyyəsi!

Azərbaycanca

2013-2014 yeni tədris ili ilə əlaqədar “Bank of Baku” Bolkart istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir. 

Ənənəvi olaraq yeni dərs ili ərəfəsində valideynlərin xərcləri artır. Beləliklə, 2-6 sentyabr tarixləri arasında hər bir Bolkart sahibi bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını, bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər. 

Ən sərfəli kredit üçün müraciət et

PASHA Bank sponsors the International Corporate Treasury Forum in Baku

On 19-20 September, the International Corporate Treasury Forum, organised by MSB Events, will be held in Baku for the first time. PASHA Bank, one of Azerbaijan's largest banks, is sponsoring the event.During the forum, speakers from across the world will address a variety of industry issues, including the organisation of the centralised corporate treasury, liquidity management tools and risk management.

PASHA Bank və British Council-un birgə layihəsi çərçivəsində biznes-jurnalistikanın inkişafı üzrə yeni təlimlərə start verildi

Azərbaycanca

PAŞA Bank və British Council Böyük Britaniyanın Tomson Fondu təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramını elan edirlər.Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.2013-cü ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10-15 iştirakçı seçiləcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank-ın “VISA Gold və Platinum kartları müştərilərə pul gətirir” aksiyası davam edir

Azərbaycanca

DəmirBank-ın 2012-ci ilin dekabr ayından etibarən tətbiq etdiyi VISA Gold və Platinum kart sahibləri üçün xüsusi geri ödəmə (Cash back) aksiyası davam edir.Şərtlərə görə, Azərbaycanda və dünyanın digər ölkələrində bu kartlarla nağdsız ödənişlərin müəyyən hissəsi kart hesabına geri qayıdır (Cash back / geri ödəmə xidməti). VISA Gold sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, VISA Platinum sahibləri isə 1,5%-ni qazanırlar.Aksiya üzrə geri ödəmə əməliyyatları barədə kart sahibi SMS-bildiriş alır.

Ən sərfəli kredit üçün müraciət et

«Unibank»ın depozit sahibləri üçün keçirdiyi lotereyanın başa çatmasına bir həftə qalıb

Azərbaycanca

“Unibank” ASC tərəfindən müştərilər üçün keçirilən «Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyasının başa çatmasına bir həftə qalıb. Bankdan verilən məlumata görə, lotereya çərçivəsində mayın 20-dən avqustun 31-dək «Unibank»da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/EUR məbləğində əmanət qoyan və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

«Unibank» nizamnamə kapitalını artırır

Azərbaycanca

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Unibank» ASC-nin imtiyazlı sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.Bakı Fond Birjasından verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 2 205 900 ədəd, emissiyanın ümumi həcmi isə 6 000 048 manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Sözügedən qiymətli kağızlar yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 9,3% artaraq 70,565 mln. manata çatacaq.Yerləşdirmədə anderrayter qismində «Unicapital» ASC çıxış edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Evdar xanım krediti” böyük marağa səbəb olub

Azərbaycanca

Unibank-ın şərtlərini bu günlərdə daha da asanlaşdırdığı  “evdar xanım krediti” böyük maraq doğurub. Hər gün onlarla xanım Unibank filiallarına bu güzəştli kredit məhsulu üçün müraciət edir və endirimlərdən faydalanır. Xatırladaq ki, Unibankdan kredit götürmək istəyən evdar xanımları sürprizlər gözləyir. Krediti rəsmiləşdirmək üçün onlardan həyat yoldaşlarının iş yerindən arayış tələb olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Səhifələr

« first ‹ previous last »