DəmirBank 5 oktyabr – Müəllimlər Günü münasibətilə yeni güzəştli kredit aksiyasını həyata keçirir.
Aksiyanın şərtlərinə görə müraciət edən təhsil işçilərinə (yalnız müəllim vəzifəsində çalışanlar) illik faiz dərəcəsində 4% endirim təqdim edilir. Kredit 500 – 6500 AZN, 36 ayadək müddətə rəsmiləşdirilir. Kreditin məbləği 3000 AZN-dək olduqda iş yerindən arayışsız və zaminsiz, 5000 AZN-dək olduqda isə zaminsiz verilir.