Kiçik və orta biznes fəaliyyəti ilə məşqul olan sahibkarlara Bank Respublika “Kiçik biznesim” adlı mikro kredit təklif edir ki, bu yeni məhsul biznesin inkişafı və genişləndirilməsi məqsədilə faydalı şərtlərlə verilir.
Maksimal məbləği 15 000 AZN təşkil edən və illik faiz dərəcəsi 25%-dən başlayan kredit 36 ay müddətinədək təklif edilir.
Bankın istənilən filialına müraciət edərək və ya bankın rəsmi internet və Facebook səhifəsindəki “Onlayn sifariş” xidmətindən istifadə etməklə bu krediti almaq mümkündür.
UNİBANK-dan peşəkarlara endirimli peşə krediti
Unibank peşə bayramları münasibəti ilə prokurorluq işçiləri, poçt əməkdaşları, müəllimlər, yanğınsöndürənlər, dəmir yolu işçiləri və energetiklər üçün kredit faizlərini endirdi. Bu peşələrin sahibləri oktyabrın 30-dək, Unibank filiallarından 3 faiz endirimlə kredit ala bilərlər. Dəyərli peşə sahibləri bank filiallarından maksimal 7500 AZN-dək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik hər bir müştəriyə minimum 300 AZN balanslı üzvlük kartı da hədiyyə edilir.Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir.
Visa International və Xalq Bankdan yeni kampaniya – “Visa imtiyazlar dünyasını kəşf edin!”
Xalq Bank və Visa International “Visa imtiyazlar dünyasını kəşf edin!” adlı yeni kampaniya keçirir. Kampaniya çərçivəsində 21.10.2013 - 20.12.2013-cü il tarixlərində Xalq Bankın Visa Gold və Visa Platinum kartını sifariş verən hər bir müştəri MyBrands mağazalar şəbəkəsində alış-veriş üçün üç ədəd 20% endirim kuponlarını əldə edəcəklər. Endirimdən faydalanmaq üçün alış-veriş zamanı ödəniş Visa kartı ilə aparılmalıdır.Xüsusi endirim kuponlarını 15.01.20134-cü il tarixinədək istifadə etmək olar.
18 oktyabr 2013-cü ildə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir
Bankın aktivlərinin artım templərinin və kapital adekvatlığı əmsallarının optimal səviyyədə saxlanılması məqsədi ilə nizamnamə kapitalının artırılmasına dair 4 illik konsepsiya qəbul edilmişdir.
İlkin olaraq Bankın nizamnamə kapitalının 200 milyon manat məbləğində artırılması qərara alınmış, növbəti illərdə isə hər il 100 milyon manat artırılmaqla cəmi 500 milyon manat məbləğində artırılması nəzərdə tutulmuşdur.
www.facebook.com/Bolkart səhifəsində foto-şarj aksiyasına start verilib!
“Bank of Baku” Bolkartın dövriyyəyə buraxılmasının iki illiyi münasibətilə www.facebook.com/Bolkart səhifəsində yeni aksiyaya start verib. Aksiyanın əsas ideyası “Bolkartla ən yaddaqalan alış-veriş” mövzusu üzərində qurulub. Aksiyada iştirakçı olmaq istəyən hər Bolkart sahibi öz fotosunu elektron poçt ilə bankın [email protected] ünvanına göndərməlidirlər.
“AtaBank” ASC «Visa imtiyazlar dünyasını kəşf et!» kampaniyasına start verdi.
Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə «AtaBank» ASC « VISA International » təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. «Visa imtiyazlar dünyasını kəşf et!» aksiyası dekabrın 20-dək davam edəcək. Bankın filiallarında bütün növ «Visa Premium» (Gold və Platinum) kartları sifariş edən müştərilərə «MyBrands» mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilmiş «Visa Premium» kartları da «MyBrands» mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək.
İndi borcu olan Bolkart sahibləri də MasterCard-a keçə bilər!
Bütün Bolkart sahiblərini kartın MasterCard loqolu növü ilə təmin etmək məqsədi ilə “Bank of Baku” müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesinə start verdi. Beləliklə, artıq hər bir Bolkart sahibi kartdakı mövcud borcunu tam ödəmədən belə Bolkart MasterCard ala bilər. Kartın dəyişdirilməsi üçün yeganə şərt müştərinin mənfi kredit tarixçəsinə malik olmamasıdır. Əvəzlənmə üçün müştəri standart Bolkartı “Bank of Baku”-ya təhvil verməlidir.
DəmirBank-ın VISA kartları ilə MyBrands mağazalarında endirimlər təqdim olunur
DəmirBank-dan VISA Gold və Platinum kartlarını alan müştərilərə MyBrands mağazalar şəbəkəsində 20% endirim kuponları təqdim olunur. Aksiya 21 oktyabrdan 20 dekabr 2013-cü il tarixinədək keçirilir.
UNİBANK-la VİSA-dan HƏDİYYƏ AKSİYASI
Ölkədə nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə Unibank Visa şirkəti ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayır. “VİSA imtiyazlar dünyası kəşf et!” aksiyası dekabrın 20-dək davam edəcək. Bank filiallarında bütün növ Visa Premium (Gold, Platinum və İnfinite) kartları sifariş edən müştərilərə MyBrands mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək.