Ramazan bayramı ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün nağd pul kampaniyasına start verir. 24-28 iyul tarixləri arasında Bolkart istifadəçiləri kartlarından pul çıxara bilərlər. Kart sahibləri 10 avqust tarixinədək deyil, sentyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Kartdakı bütün vəsait nağdlaşdırıla bilər. Nağdlaşdırmanın komissiya haqqı 2% ( min. 2 AZN) təşkil edir.
«Expressbank» müştəriləri üçün “Şəxsi kabinet” yaratdı
Daima yenilikləri tətbiq edən «Expressbank» bu dəfə də öz dəyərli müştərilərinin işini rahatlaşdırmaq üçün elektron “Şəxsi kabinet” yaratdı.
“Dəmirbank” ASC hər zaman qanunun tərəfindədir
Mətbuatda Dəmirbank ASC-nin Sumqayıt filialının keçmiş müdir müavini Cabir Sultanovun hərəkətləri ilə bağlı yayılmış məlumatla əlaqədar bildirmək istərdik ki, həmin şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntusuna yol verməsi iddiası təbii ki, Bankın rəhbərliyi tərəfindən dərin təəssüf hiss ilə qarşılanır və bu kimi halların təkrarlanmaması üçün gündəlik əməliyyatlara ciddi nəzarət olunur və mütəmadi daxili yoxlamalar həyata keçirili
RAMAZAN BAYRAMINDA UNİBANK-a GƏLMƏK ÜÇÜN 3 SƏBƏB
Unibank Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edir və bol ruzi-bərəkət arzulayır. Bayram münasibəti ilə Unibank öz müştəriləriə böyük sürprizlər hazırlayıb, özü də 1 deyil, 2 deyil, düz 3 möhtəşəm hədiyyə:
Əmanətçi Kapital Bankdan 25.000 manat qazandı
Kapital Bankın depozit məhsulları üzrə keçirdiyi lotereya kampaniyası başa çatıb. İyulun 21-də “Fairmont” otelində təşkil edilən mərasimdə lotereyanın sonuncu tirajı oynanılıb. Lotereyanın 25.000 manatlıq əsas uduşunun qalibi Kapital Bankın 3 nömrəli şöbəsinin müştərisi olub.
“AtaBank” ASC jurnalistlər üçün PR tur keçirdi
“AtaBank” ASC tərəfindən jurnalistlərə PR-tur keçirildi. Tədbirdə “AtaHolding” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində Korporativ Sosial Məsuliyyət sahəsində görülən işlər haqqında geniş məlumat verdi. “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində keçirilən tədbirlərdən video süjetlər nümayiş edildi.
“Bank Technique” “3D Secure” texnologiyasını istifadəyə verib
Bank kartlarından istifadə edərək internet ödəmələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə, “Bank Technique” ASC “VISA” kart sahibləri üçün “3D Secure” texnologiyasını istifadəyə verib.