Yapı Kredi Bank Azərbaycan Worlcard müştəriləri üçün daha bir yeni lotereya kampaniyasını təqdim edir.
Rabitəbank ASC-nin yeni İdarə Heyətinin Sədri təyin olundu
24 oktyabr 2014-cü il tarixində Rabitəbank ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir. Digər məsələlərlə yanaşı yığıncağda Rabitəbank ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə ElçinQədimov təyin olunmuşdur.
“AtaBank” ASC 2014-cü il sentyabr ayına maliyyə nəticələrini açıqladı
“AtaBank” ASC-nin 2014-cü ilin sentyabr ayının maliyyə nəticələri uğurlu olmuşdur. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 22,3 % və ya 83,8 mln. manat artaraq 458,7 mln. manat olmuşdur.
"Bank Technique" beynəlxalq IAIR Awards mükafatına layiq görülüb
“Bank Technique” ASC, ardıcıl olaraq, ikinci dəfədir ki, «Excellence in Banking / Azerbaijan» (Bankçılıqda mükəmməllik / Azərbaycan) nominasiyası üzrə ən yaxşı maliyyə institutu adına layiq görülüb. Qeyd edək ki, mükafat İtaliyanın nüfuzlu «IAIR» iqtisadi-maliyyə jurnalı tərəfindən təsis edilib.
Azərbaycan müəllimləri “Bank of Baku”-ya böyük təşəkkürlərini bildirdilər!
Azərbaycanda 5 oktyabr tarixində qeyd edilən Müəllimlər Günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın təhsil işçilərinin bir qrupu ilə görüş keçirib. Paytaxtın müxtəlif təhsil müəssisələrinin işçilərinin qatıldığı görüşün məqsədi müəllimləri peşə bayramları münasibətilə bilavasitə təbrik etmək və onları bankın məhsul və xidmətləri ilə ətraflı tanış etmək olub.
KREDİTLƏR ELEKTRON ARAYIŞLA OLACAQ
Unibank-ın xidmətlərindən təcili istifadə etmək istəyirsiniz, amma iş yerindən arayış almaq üçün gözləməyə zamanınız yoxdur? Narahat olmayın, artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb.
ExpressPay ödəniş terminallarına Ailə TV və Ailə Net üzrə ödəmələr əlavə olunub
ExpressPay ödəniş terminallarına Ailə TV rəqəmsal yayımlı kabel televiziyası və Ailə Net İnternet provayderi üzrə ödəmələri əlavə olunub. Artıq müştərilər bu şirkətin xidmətlərini asanlıqla həyata keçirə bilərlər.
“Bank of Baku” Azərbaycan Mikromaliyyə Assosiyasiyası ilə sıx əməkdaşlığını davam etdirir!
“Bank of Baku”-nun da sponsoru olduğu “Maliyyə əhatəliliyini dəstəkləyən innovativ praktikalar : təcrübələrin öyrənilməsi” adlı 7-ci Mikromaliyyə konfransı öz işini başa vurub.