Bu gün Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC özünün “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi. İlk təqdimat cari ilin fevral ayında keçirilmişdir. Bu dəfə isə tədbirdə bankın həm fiziki, həm də hüquqi şəxs olan müştəriləri iştirak etmişdir. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir.
DəmirBank-da “Əmlak girovlu kredit” aksiyasının müddəti uzadıldı
DəmirBank iyun ayında girov qoymaqla kredit götürmək istəyənlər üçün “Əmlak girovlu kredit” adlı yeni kredit aksiyasına start vermişdi. Aksiyanın 30 sentyabr 2014-cü il tarixinədək davam edəcəyi nəzərdə tutulsa da, məhsula olan tələbatı nəzərə alaraq müddət 2014-cü ilin 30 noyabr tarixinədək uzadılmışdır.
Ən sosial yönümlü bank səhifəsi hansıdır?
Vətəndaşların suallarını ən qısa zamanda və dəqiq cavablandırmaq, səhifə istifadəçilərinin marağında olan məlumatları, kampaniyaları paylaşmaqla ümumilikdə müştəri məmnuniyyətinə nail olmaq - Unibank-ın rəsmi facebook səhifəsinin əsas iş prinsipi budur.
Tezliklə “Asan İmza” xidmətinə qoşulacaq
Unibank müştəriləri banka gəlmədən belə, bank xidmətlərindən istifadə edə, müqavilələri imzalaya biləcəklər. Çünki Unibank tezliklə “Asan İmza” (Mobil imza) xidmətinə qoşulacaq. Bankın həm fiziki, həm də korporativ müştəriləri bu xidmətdən istifadə etməklə, rahat və təhlükəsiz şəkildə bank əməliyyatlarını apara biləcəklər. “Asan İmza” (Mobil imza) elektron-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyini təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır.
Expressbank-ın əməkdaşı dünya çempionu olub
Expressbank-ın əməkdaşları mütəmadi olaraq müxtəlif idman yarışlarında iştirak edib, yüksək nəticələr əldə edirlər. Bu dəfə bankın əməkdaşı Səxavət Əliyev oktyabr ayında İstanbulda keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Unibank xüsusi kampaniya keçirir
Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynadığından, bu sahə hər zaman dövlətin diqqətindədir. Unibank da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini daim artırmaq üçün məhsul və xidmətlərində kənd təsərüfatı sahəsinə xüsusi diqqət yetirir. Elə bu məqsədlə, bank kənd təsərrüfatı işçilərinin 1 noyabr peşə bayramı günü ilə bağlı bu sahədə çalışanlar üçün kreditləri çox sərfəli etdi.
“Bank of Baku”-nun saytı artıq mobil versiyada xidmətinizdə!
Mobil rabitə istifadəçilərinin “Bank of Baku”-nun korporativ saytına girişini asanlaşdırmaq məqsədilə bank saytının mobil versiyası istifadəyə verilib. Artıq Windows, iPhone, Android, Blackberry əməliyyat sistemlərində fəaliyyət göstərən mobil telefonlarla sayta rahat daxil olub, bankın geniş çeşidli məhsul və xidmətlərindən daha çevik faydalanmaq olar.
DəmirBank-ın aksiyası davam edir
DəmirBank-ın 2014-cü ilin avqust ayından etibarən VISA Gold və VİSA Platinum kart sahibləri üçün tətbiq etdiyi xərclənmiş vəsaitlərin bir hissəsinin geri ödənişi (Cashback) aksiyası davam edir.