“Bank VTB (Azərbaycan) xarici bazarlara çıxmaq niyyətində olan Azərbaycan sahibkarlarına yardım etməyə və müştərilərinə MDB, Avropa, Asiya və Afrika ölkələrində kompleks bank xidmətləri göstərməyə hazırdır. Bunun üçün ilk növbədə bank VTB (Azərbaycan) VTB Qrupun nümayəndəliklərinin fəaliyyət göstərdiyi və eyni zamanda Azərbaycanın geniş ticarət əlaqələri olan ölkələri nəzərdən keçirir” – deyə, bank VTB (Azərbaycan)-nın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
Bu Bank əməkdaşlarını özü hazırlayacaq (foto)
Kapital Bankdan növbəti yenilik: Human Kapital Center
Kapital Bankda Human Kapital Center-in açılışı olub. Mərkəzin əsas missiyası biznes tələblərinə, Bankın strateji məqsədlərinə uyğun peşəkar komandanın formalaşdırılmasıdır.
Onlar Bank of Baku-dan təqaüd alacaq (foto)
“Bank of Baku” və Azərbaycan Dövlət İqtisad Universiteti əməkdaşlıq sazişi imzalayıblar!
"PAŞA Bank Georgia" “İlin Bankı” adına layiq görüldü
Bakı, 21 noyabr, 2014 il. PAŞA Bankın Gürcüstanda fəaliyyət göstərən törəmə bankı olan "PAŞA Bank Georgia" “İlin Bankı” mükafatına layiq görüldü. Mükafatı Gürcüstan Respublikasının prezidenti Georgi Marqvelaşvili “Caspian Energy Forum 2014” çərçivəsində "PAŞA Bank Georgia"-nın direktorlar şurasının sədri Şahin Məmmədova təqdim etdi.
ExpressPay ödəniş terminallarına EmbaFinans üzrə ödəmələr əlavə olunub
ExpressPay ödəniş terminallarına EmbaFinans bank olmayan kredit təşkilatı üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər Embawood və Madeyra mebelləri üzrə kredit ödənişlərini terminallarda asanlıqla həyata keçirə bilərlər.
“Maliyyə savadını artır – Gələcəyini planlaşdır!”
“DəmirBank”ın “Maliyyə savadını artır – Gələcəyini planlaşdır” mövzusunda təlimləri başa çatıb. Təlimlər bankın regionlarda qadın müştərilərinin maliyyə biliyinin artırılması məqsədilə həyata keçirilib.
Expressbank bankomatlarında China UnionPay kartları keçərli olacaq
Expressbank-ın bankomat və POS terminallarında, gələn həftədən etibarən emissiya etdiyi kartların sayına görə dünya lideri olan China UnionPay kartları ilə əməliyyatlar etmək mümkün olacaq.
Kapital Bank özünün yeni taksit kartını təqdim edir!
Kapital Bank özünün yeni taksit kartını – Kapitalkart-ı müştərilərin istifadəsinə təqdim edir.
Kapitalkart Kapital Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, partnyor olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır. Kapitalkart müştərilərə pulsuz təqdim olunur. Xərclənən məbləğ avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.
“DəmirBank” Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərini üstələyir
Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Bunun göstəricisi olaraq, 1 oktyabr 2014-cü il tarixinə olan məlumata görə, “DəmirBank” 423.4 mln. AZN məbləğində aktivləri ilə Azərbaycanda öncül banklar sırasına daxildir. Bankın məcmu kapitalı 62.3 mln. AZN təşkil edir. Bu isə Azərbaycan Respublikası Mərkəzi Bankının 1 yanvar 2015-ci il tarixinə qədər bankların məcmu kapitalının 50 mln. manat olması tələbini üstələyir.