Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.
Unibank-dan 0% komissiyalı nağd kredit kampaniyası
Onlar hər zaman təhlükəsizliyimizin keşiyindədirlər, müdafiəmizi təmin edirlər. Bu günlər isə onların peşə bayramıdır. Bu vacib peşə sahiblərinin bayramlarını isə Unibank özünəməxsus şəkildə təbrik edir.
Expressbankdan “Qış kampaniyası”
Expressbank müştərilərə istehlak kreditləri üzrə “Qış kampaniyası” adlı kredit aksiyasını təklif edir. Aksiya 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.
“Fitch” Kapital Bankın reytinqini yüksəltdi
Kapital Bankın 2014-cü ildə əsas fəaliyyət göstəriciləri üzrə əldə etdiyi mühüm nailiyyətlər “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Banka verdiyi yeni reytinqlərdə də öz əksini tapıb. Agentlik Bankın dayanıqlıq reytinqini (Viability Rating) –b səviyyəsindən b səviyyəsinə qədər yüksəldib.
"PAŞA Bank"ın reytinqi təsdiqləndi
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "B+" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləmişdir.
“Komissiyasız Yeni İl” aksiyası 31 yanvaradək davam edəcək
“DəmirBank”ın yeni il münasibətilə keçirdiyi “Komissiyasız Yeni İl” aksiyası artıq başlayıb. Aksiyanın şərtlərinə görə 10 min manat məbləğinə qədər mikro və ya istehlak kredit məhsullarını əldə etmək istəyən müştərilərə rəsmiləşdirmə və nağdlaşdırma üzrə komissiya tətbiq edilməyəcək. Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər.
ALBALI PLUS-dan Yeni il hədiyyəsi
ALBALI PLUS-la (ALBALI) məhdudiyyətsiz Yeni il aksiyasına başlandı. Bu aksiya sizə bütün əzizlərinizə Yeni il hədiyyəsi almağa imkan verəcək. Çünki ALBALI ilə ödənişlər daha sərfəli oldu. Dekabrın 15-dən Yanvarın 5-dək hər 1 taksitli alış-verişə Unibank-dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək.
Expressbankdan “Gülə-gülə Yeni İlə” fotomüsabiqəsi
Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirir.
“Xallar” aksiyasına son 12 gün!
“DəmirBank”ın “DəmirTaksit” kart sahibləri üçün keçirdiyi “Xallar” aksiyasının bitməsinə 12 gün qalıb. Bank kart sahiblərinə zamandan yararlanıb dəyərli hədiyyələr qazanmağı təklif edir.