Azərbaycanın qabaqcıl investisiya və korporativ banklarından biri olan PAŞA Banka Türkiyənin Aksoy Holdinqinə məxsus TAİB Bankın səhmlərinin əksəriyyət hissəsinin satın alınmasına BTNQ tərəfindən müsbət cavab gəldi.
“Bank of Baku” “Mən azərbaycanlıyam” mahnısının klip çəkilişlərinə dəstək oldu
Azərbaycan cəmiyyəti qarşısında sosial məsuliyyətini rəhbər tutan “Bank of Baku” daha bir yeniliyə imza atdı. “Bank of Baku” və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın ifa etdiyi “Mən azərbaycanlıyam” mahnısının klip çəkilişlərinə dəstək oldular.
“Gecəyə qədər şoppinq” marafonuna sən də qoşul!
ALBALI PLUS ( ALBALI) kartı ilə şoppinqin vaxtı və sərhədi yoxdur. Artıq ALBALI PLUS ilə təkcə gündüzlər yox, gecələr də şoppinq həyəcanını yaşayacaqsınız. 28 Mall-da başlayan “Gecəyə qədər şoppinq” marafonunda arzularınızı reallaşdıran ALBALI PLUS kartı sizin bələdçinizə çevriləcək. 28 Mall-dakı sevimli brend mağazalarınızda Albalı Plus-la alış-veriş edin, endirimlərdən faydalanaraq, xüsusi hədiyələr qazanın.
“DəmirBank”dan yeni endirim kampaniyası!
“DəmirBank”ın MasterCard kart sahibləri üçün 10 %-lik endirim kampaniyasına start verilib.
Unibank xidmətlərini genişləndirməyi planlaşdırır
Unibank partnyorlarını, mətbuat nümayəndələrini və əməkdaşlarını Four Sesons Baku otelində bir araya gətirdi. Məqsəd dünyanın nüfuzlu jurnalı “The Banker” jurnalı tərəfindən Unibank-ın “Ən yaxşı riteyl bank” nominasiyası üzrə “İlin bankı” seçilməsini dostlarla paylaşmaq idi.
Növbəti dəfə "ictimai rəy lideri" olan bank
“Business Insight” araşdırma qrupunun keçirdiyi rəy sorğusu nəticəsində “Bank of Baku” Azərbaycanın ən populyar bankı, Bolkart taksit kartı isə ən çox istifadə edilən kredit kartı olduğu müəyyən edilib. Paytaxt Bakı və ölkə regionlarında mindən çox respondent arasında keçirilən sorğuda “Bank of Baku” şəriksiz lider olub.
Expressbank-ın bütün bank kartları 3D Secure sisteminə qoşulur
Expressbank-ın bütün bank kartları İnternet vasitəsi ilə onlayn ödənişlər zamanı dələduzluq hallarının qarşınısı almaq məqsədilə 3D Secure xidmətinə qoşulur. Bu xidmət həm Visa, həm də MasterCard plastik kartlarına şamil olunur.
“Biz müştərilərimizə maksimum imkanlar yaratmağa çalışırıq”
Müsahibimiz “Kapital Bank” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktoru İqbal Rüstəmovdur
“DəmirBank” nağdılaşdırma limitini ləğv edəcək
“DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kartı üzrə nağdılaşdırma limitini dekabrın 28-dən ləğv edəcək. Bu limitin aradan qaldırılması müştəriyə kartdakı məbləğin 100 faizini nağlaşdırmaq imkanı verəcək.