Azərbaycan Mərkəzi Bank zərərlə işləyən bankların sayının yaxın vaxtlarda azalacağını proqnozlaşdırır.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov məsələ ilə bağlı açıqlamasında bildirib ki, hal-hazırda zərərlə işləyən bakların sayı 11-dir. Bu isə nə depozitlərin azalması, nə də kreditləşməyə qoyulan məhdudiyyətlə bağlı deyil. Buna səbəb bankların maliyyə ehtiyatlanması siyasətidir. Banklar portfellər üzrə kifayət qədər ciddi ehtiyatlar yaradıblar və bu ehtiyatlar bankların zərərlə işləməsinə səbəb olur. Ancaq bu, birinci rüb üzrə müəyyən olunan rəqəmlərdir. Növbəti dövrlərdə isə artıq zərərlə işləyən bankların sayında azalma qeydə alınacaq.
Mənbə: anspress.com