Yeni yaradılan sahibkarlıq subyektləri sahibakarlığın hansı kateqoriyasını aid olunması necə müəyyənləşdirilir? | Banco.az

Yeni yaradılan sahibkarlıq subyektləri sahibakarlığın hansı kateqoriyasını aid olunması necə müəyyənləşdirilir?

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Misal: A şəxs 2019-cu ildə VÖEN alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. İllik gəliri 3 000 000 manatdır, amma işçilərin sayı 10 nəfərdir. Baxmayaraq ki, orta sahibkarlıq kateqoriyasına düşür, işçi sayı mikro sahibkarlıq kateqoriyasına düşdüyündən  2020-ci ildə mikrosahibkarlıq subyeki kimi fəaliyyət göstərəcək. Amma növbəti illərdə yəni 2021-ci il və s. ən yüksəyi nəzərə alınacaq. Gəliri çoxdursa gəliri, işçi sayı çoxdursa işçi sayı nəzərə alınaraq ketoqoriyası müəyyənləşəcək.  

Ən sərfəli kredit üçün müraciət et

Ekspert Rauf Qarayev