Yay təcrübə proqramları karyeranızın formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Maraqlandığınız sahə ilə bağlı əsl iş təcrübəsi qazana biləcəyiniz bu proqramlara başlamazdan əvvəl özünüzə bəzi suallar ünvanlamalısınız. Bu suallar əsasında bir plan tərtib edəcəyiniz təqdirdə təcrübə müddətindən ən məhsuldar nəticəni əldə edə bilərsiniz. Yay təcrübəsini planlaşdırmağa hazırsınızmı? Elə isə, aşağıdakı sualları nəzərdən keçirək.
Həmçinin oxu: Yeni məzun olanlara iş tapmaq üçün FAYDALI TÖVSİYƏLƏR
1. Xüsusilə, hansı bacarıqlarıma yönəlməliyəm?
Təcrübə müddəti sözün əsl mənasında özünü tanıma və kəşf etmə prosesidir. Bu müddət həm sektorla, həm də özünüzlə bağlı təəccübləndirici kəşflər etməyinizi təmin edəcəkdir. Karyera planınızın bir sonrakı mərhələsində hansı sahələrə yönəlmək istəyirsiniz? Bunun üçün yaradıcı təfəkkürə, yoxsa analitik düşünmə qabiliyyətinə daha çox ehtiyacınız var? Bu suallar yay aylarında müraciət edəcəyiniz təcrübə proqramlarında hansı bacarıqlarınıza xüsusi diqqət göstərməli olduğunuzu müəyyən edəcək.
2. İş mühitinin necə olmasını istəyirəm?
Bir neçə aylıq təcrübə proqramından söhbət getdiyi üçün iş mühitinin sizin üçün prioritet olmadığını düşünə bilərsiniz, lakin ilk iş təcrübəniz iş həyatı haqqında düşüncələrinizə təsir göstərəcəkdir. Odur ki, öz işinin peşəkarı və yardımsevər insanlarla birlikdə, rəngarəng iş mühitində işləmək fəaliyyətinizə dərhal təsir göstərəcəkdir. Öyrənəcəyiniz məlumatlar və daxil olduğunuz layihələrlə peşəkar inkişafınızı təmin edən iş yerində əylənə bilmək təbii ki, təcrübə proqramından məmnunluğunuzu ən yüksək səviyyəyə çatdıracaqdır.
3. Təcrübə keçdiyim işin daimi peşəm olma ehtimalı varmı?
Təcrübə müddəti sizə işləməyi düşündüyünüz sektor haqqında ətraflı məlumatlar verərək daha yaxşı analiz etmə fürsəti təqdim edir. Odur ki, bu sualı indidən özünüzə ünvanlayın və verəcəyiniz cavablarla yeni təcrübə proqramınızı tərtib edib. Çünki təcrübə müddətinin sonunda sizə iş təklifi edilə bilər. Bu ehtimalı nəzərə alaraq məhsuldar şəkildə işləmək karyeranıza güclü başlanğıc etməyinizi təmin edəcəkdir.
4. Təcrübə müddətinin labüd nüansları nələrdir?
Gələcəyinizi düşünərək yay aylarını təcrübə proqramlarında iştirak edərək keçirməyiniz mühüm bir fədakarlıqdır. Bu səbəbdən də yay təcrübəsindən məhsuldar nəticə əldə etməyi gözləmək ən təbii haqqınızdır. Təcrübə mühitindən gözləntilərinizi və daxil olacağınız proqramın bunları nə dərəcədə qarşılayacağını əvvəlcədən müəyyənləşdirin.
Həmçinin oxu: Uğursuz iş müsahibələrinin səbəbləri nədir?
Tamara Mustafayeva, Banco.az