Hindistan hökuməti, bu il üçün süni zəka və texnoloji innovasiyalara, ümumilikdə, 480 milyon dollar ayırdı. İddialara görə 2035-ci ilə qədər bu məbləğ 957 milyard dollara qədər artacaq. Bu kiçik bir məbləğ deyil. Araşdırmaçılara görə süni zəka hər yerə, hər şeyə nüfuz edir. Lakin hazırda aktuallığı ilə diqqət mərkəzində olan 4 sahə sizi təəccübləndirəcək.
Milli Təhlükəsizlik
Dövlətin gücü iki şeydən asılıdır: ordu və ağıllı vətəndaşlar. Hazırda dünya nəhənglərinin əksəriyyəti süni zəkaya əsaslanan və robotlaşdırılmış sistemlə idarə olunur. Süni zəkanın sərhədlərimizi qoruyacağına inanmaq bir qədər öyrəşmədiyimiz anlayışdır. Amma nə demişlər, olmalı olan şeylər olacaq.
Vergi
Böyük dördlük- audit şirkətləri, kansalting şirkətləri də big data (böyük həcmli verilənlər) axınının təsirindədir. Deloitte, EY, Mckinsey, Boston Consulting Group kimi dünyaya meydan oxuyan şirkətlərin uğurları, əlbəttə, təsadüf deyil. Vergilərin idarə olunması süni zəka vasitəsilə daha qısa vaxtda və daha effektiv həyata keçirilir.
Məhkəmə
Süni zəkanın yenidən həyat verəcəyi üçüncü sahə məhkəmədir. Datanın ideal qərarları verdiyini bilirik. Yəni bildiyiniz kimi, fərdi qərarlar dövrü keçmişdə qaldı. Keçmiş məhbusların, cinayət işlərinin araşdırılması ilə müasir məsələr həll olunur. Hazırda süni zəka ilə idarə olunan məhkəmə xüsusilə ABŞ-da, Avropada geniş istifadə olunur.
Təbii Fəlakətlər və Ekologiya
Təbiət sirlərlə doludur. 21-ci əsrdə yaşayırıq və insan gücünün yetmədiyi yeganə sahə təbii fəlakətlərdir. Data vasitəsilə təbii fəlakətlərin proqnozlaşdırılması bu gün Sakit Okeanın Odlu Qövsündə yerləşən Yaponiyada çox canları xilas etdi. Gündən-günə təkmilləşdirilməkdə olan bu yeni metod da gələcəyin peşələrindən sayılır.
Sevinc Hüseynova, banco.az