Hər kəs, həyatında heç olmasa bir dəfə də, olsa uğur qazanmanın daha asan yollarını axtarır. Banco.az olaraq bu axtarışlarda faydası toxuna biləcək nəzəriyyəni, sizlərə təqdim etmək istərdik.
Əgər soruşsanız ki; uğursuzluqların səbəbi nədir? Səbəbi, yalnız səbirsizlik olduğunu demək olar. Uğur qazanmaq üçün vaxt lazımdır, daha böyük uğur əldə etmək üçün isə daha çox zaman gərəkdir. Riçard Brenson bir gecəyə millioner olmayıb, Madonna bir səhər oyanıb pop-musiqi kraliçası olduğunu aşkarlamayıb və ya Devid Bekxem bir neçə məşqdən sonra super futbolçuya çevrilməyib.
Amma buna baxmayaraq, sadə bir nəzəriyyə, sizi müəyyən müddət sonra mükəmməl nəticələrə gətirə bilər. "Yarım saat" adlanan nəzəriyyə, hər kəsə məlum olub amma istifadə edilmir. Lakin belə sadə vərdişdən istifadə, insanların sistematik olaraq çalışmasını tənzimləyərək, uğurlu nəticələrə səbəb ola bilir.
Nəzəriyyənin əsas məqsədi nədir?
Hər gün mütəmadi olaraq, hər hansı bir işə yarım saat ayıraraq, tədricən onu çətinləşdirə bilərsiniz. Bu üsulun mükəmməlliyi, onu hər kəsin qrafikinə uyğun olaraq, adaptasiya edə bilməsidir.
Əgər tənbəllik etmədən, siz hər gün yarım saatınızı oxumağa sərf etsəniz, il ərzində 24 kitab oxumuş olacaqsınız. Məsələn hər hansı əcnəbi dilin öyrənilməsinə gün ərzində minimum yarım saat ayırsanız, bu ilin sonunda 6 həftəlik kurs ərzində aldığınız biliklərə bərabər olacaq.
Həmçinin oxu: Şirkətdaxili motivasiya necə qurulmalıdır?
Həmçinin oxu: Özümüzü işə necə motivasiya edək?
Yarım saat - nəzəriyyəsindən, uğurlu nəticə almaq üçün necə istifadə edilməli?
Biliklərinizin dərinliyinə varmağa çalışın, sizə maraqlı olan sualları araşdıraraq, çatışmayan təcrübənizi artırmaqla məşğul olun. Bir il sonra, siz artıq yeni seçdiyiniz sahəyə bələd olub, iki-üç il sonra isə bu sahə üzrə mütəxəssis olacaqsınız.
Hətta çəkinmədən, arzularınızı reallaşdırmaq üçün belə bu üsuldan istifadə edə bilərsiniz. Rəsm çəkin, kunq-fu təliminə yiyələnin, roman yazın. Bir sözlə, bu günə qədər hər hansı səbəblərdən “sonraya qoyduğunuz” işlərinizi, ideyalarınızı reallıqda əks etdirməyə başlayın.
Artıq yarım il sonra, siz nədən başladığınızı gördükdə, sadə bir üsul ilə hansı nəticələrə vardığınıza heyrətlənəcəksiniz.
"Yarım saat" nəzəriyyəsini, tətbiq edə bilmədiyiniz günlərdə belə, məyus olmayın. Yenidən, son dayandığınız nöqtədən başlamağa dəyər. Çünki, başqalarına nəzərən, siz daha çox iş görmüş olacaqsınız. Deməli uğur sizə “bir addım” daha yaxındır.
Səbrli olun, ilk əvvəl qeyd etdiyimiz kimi; Bütün uğursuzluqların səbəbi, məhz səbirsizlikdir. Həyatda hər şey üçün, müəyyən zaman tələb olunur. Bu prinsipi bilərək, ani nəticələr gözləməyin. Məqsədiniz nə qədər mükəmməldirsə, deməli bu yolda daha çox addım atmanız gərəklidir.