Y nəslinin rəqəmsal portreti: Onlar onlaynda özlərini necə aparır? | Banco.az

Y nəslinin rəqəmsal portreti: Onlar onlaynda özlərini necə aparır?

“GlobalWebIndex” Y nəslinin (millenial) nümayəndələrinin rəqəmsalda davranışlarını tədqiq edən qlobal araşdırmasını təqdim edib.

Millenial bir istehlakçı seqmenti deyil

Y nəslinə 23-dən 36 yaşına qədər olan insanlar daxildir. Amma bununla belə bu qrupda müxtəlif həyat mərhələlərini keçən insanlar var. Tədqiqatda bütün millenial qrup iki yerə ayrılıb: Y qrupun kiçik nəsli (23-29 yaş) və Y nəslinin böyüyü (30-36 yaş)

Millenial nəslinin 65%-i 30-36 yaş arasındadır və onlar nikahdadır, 36% kiçik nəsil (23-29 yaş arası) isə valideynləri ilə birgə yaşayır. Tədqiqatda yalnız 6% tələbə yer alıb. Onlar brendlərə əsas sorğuları – innovativ məhsulların təqdim olunması (28%), öz bilik və bacarıqlarının artırılmasıdır (27%). Həmçinin milleniallar arasında əmlak sahibi olanların payı daha yüksəkdir (71%). Onların ¼-i buna gələcək investisiya kimi baxırlar.

Bu qrupa daxil olanlar sosial şəbəkələrdə daha çox vaxt keçirirlər – 2 saat 50 dəq. Bu isə adi sosial şəbəkə istifadəçisi ilə müqayisədə 23 dəqiqə daha çoxdur. Onların belə fəal olmasının səbəbi xəbərdən və cari hadisələrdən xəbərdar olmaq (41%) və əyləncəli kontent tapmaq (39%) arzusu ilə bağlıdır.

Y nəslinin qadınların yarısından çoxu, 52%-i anadır. Orta millenial qrupa daxil olan qadınların çoxu ərdədir, 31 yaşları və 1 uşaqları var. (66%). Bu qrupa daxil olan 56% qadın brendlərin reklamını TV-də gördükdən sonra, alış edirlər. 63%-i isə ekoloji təmiz məhsul istehsal edən şirkətlərin məhsuluna görə daha çox ödəməyə hazırdırlar.

 

Y nəsli hələ ki, TV-dən imtina etmir

Tədqiqata, əsasən ənənəvi formatlardansa, onlayn-əyləncələrə daha çox üstünlük verir. Gün ərzində bu qrupa daxil olan respondentlər daha çox 2 saat 44 dəqiqə sosial şəbəkələrdə vaxt keçirirlər. Bununla belə TV ikinci ən populyar əyləncədir. Y nəsli televizora gün içində 2 saat baxır. Halbuki onlayn TV-də və musiqi striminq xidmətlərində keçirdikləri vaxt isə təxminən saat yarımdır. Onların daha az ayrıdıqları sahə isə çap mətbuatıdır. Demək olar ki, respondentlər qəzetin oxunmasına 1 saatdan az vaxt sərf edirlər. Ən çox TV-dəki kontentə baxan uşağı olan qadınlardır. Onlar adi tamaşaçı ilə müqayisədə TV-də 2 saat 17 dəqiqə vaxt keçirirlər. Bu isə adi tamaşaçı ilə müqayisədə 20 dəqiqə daha çoxdur. Həmçinin 66% millenial translyasiyaya televiziyada baxmağa davam edir. Mobil telefon üzərindən baxanların sayı isə artıq 36%-ə çatıb. Deskopdan istifadə isə 31%-i ötüb. Aşağıdakı təsvirdən buna baxa bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

Milleniallar daha çox qurğudan istifadə edir

Tədqiqatda yer alan bütün iştirakçıların 93%-i TV-ə baxışla digər alətlərdən istifadəni birləşdirir. Məsələn, onların 87%-i telefonda “oturub”. Millenialların 69%-i sosial şəbəkələri daim monitorinq edir. 65%-i isə messencer ilə dostları ilə ünsiyyət saxlayır. Onların yalnız 1/5-i baxdıqları TV verilişləri ilə bağlı öz fikirlərini onlaynda paylaşırlar. Digər yaş kateqoriyası üzrə bu nisbət daha azdır - 27%. Bu onu göstərir ki, bu nəsli TV izlədikdən sonra, öz rəylərini sosial şəbəkədə ifadə etmək üçün təşviq etmək olar.

 

Smartfon Y nəsli üçün əsas alətdir

Qlobal miqyasda millenial nəsli arasında ən populyar texnoloji qurğu smartfondur. Sorğuda iştirak edən respondentlərin demək olar ki, 96%-nin smartfonu var. İkinci və üçüncü yerdə personal kompüter və noutbuk (69%) və Smart -TV (42%) tutur. Ən az tələbat olan “ağıllı qolbaqlar” (13%), elektron kitablar (13%) və “ağıllı” ev texnologiyasıdır. (14%). Birinci TOP5-liyə, daxil olan populyar texnologiyalar sırasına, həmçinin planşet (38%), oyun konsulu (24%) daxildir. Respondnetlərin yalnız 16%-i isə “ağıllı” saatlardan və striminq TV üçün devaysdan istifadə edir.

 

Millenialların çoxu reklamları blok edir

Respondentlərin 56%-i reklamları blok edir. Bu xidmətdən istifadə edən millenialların 62%-i Asiya-Sakit okeanı regionun payına düşür. Avropada onların faizi 47%-dir. Reklamları blok edən Y nəslinin yaşı isə 23-29 arasında dəyişir. Bu göstərici 30-36 yaş arası olan milleniallardan daha çoxdur.

Ted.az