Xəzəri çirkləndirən səbəblər: İqtisadi ziyanın miqyası artır | Banco.az

Xəzəri çirkləndirən səbəblər: İqtisadi ziyanın miqyası artır

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, Xəzəryanı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsirlər göstərməkdədir. Bu dəyişiklik ekoloji vəziyyətin gərginləşməsi və bioloji müxtəlifliyin pozulması kimi ciddi problemlərə yol açır".

Banco.az xəbər verir ki, bu fikirləri , coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov deyib. O bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Xəzəryanı ölkələrin iqtisadiyyatına ciddi təsir edir.

İsmayılovun sözlərinə görə,  dəniz səviyyəsinin dəyişməsi, infrastruktur – dəmir yolları və limanlar – üzərində əlavə xərclər yaratmaqla, bu ölkələrin iqtisadiyyatına birbaşa təsir edir.

“Balıqçılıq təsərrüfatları da bu dəyişikliyə məruz qalır, çünki balıqların kürü vermə imkanları azalır. Xəzər dənizinin səviyyəsindəki dəyişikliklər təbii proseslərin nəticəsidir, lakin qlobal iqlim dəyişikliyinin bu prosesləri sürətləndirə bilər. İnsan təsiri isə, daha çox neft hasilatı və çirklənmə ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Buna görə də, sahil ərazilərində təsərrüfatların təşkilində dəniz səviyyəsinin dəyişməsi nəzərə alınmalıdır. Turizm obyektləri, limanlar, balıqçılıq təsərrüfatları və infrastruktur layihələri bu dəyişikliklərə uyğun olaraq planlaşdırılmalıdır”.

Ekoloq qeyd edib ki, idarəetmə proqramları olmadan, sahil ərazilərindəki inkişafın riskləri artır ki, bu da iqtisadi ziyana yol açır:

“Xəzər dənizinin səviyyəsi və onun dəyişiklikləri bölgədəki ölkələrin iqtisadiyyatını, ekosistemlərini və sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə təsir edir. Müvafiq tədbirlərin görülməsi və gələcəkdə baş verə biləcək risklərin nəzərə alınması vacibdir”.