"Xalq Bank"ın aktivləri 102 mln. manat artıb | Banco.az

"Xalq Bank"ın aktivləri 102 mln. manat artıb

Xalq Bank 2017-ci ilin iyun ayına olan maliyyə hesabatlarını açıqlayıb.

"Balans hesabatı"na əsasən Bankın cəmi aktivləri ikinci rübdə birinci rübə nəzərən 102 mln. manat artaraq 1 mlrd. 845 mln. 887 min manat təşkil edib. Xalq Bankın öhdəliklərində də artım qeydə alınıb. Belə ki, ilk rübdə öhdəlikləri 1 mlrd. 501 mln. 329 min manat olan bankın öhdəlikləri ikinci rübdə 99 mln. manat artaraq 1 mlrd. 600 mln. 533 min manata çatıb.

Aşağıdakı diaqramdan da gördüyünüz kimi bankın digər göstəricilərində də artım olub. Bankın kredit portfeli 6,5% artaraq 1 mlrd. 338 mln. 869 min manat, depozit portfeli isə 8,7% artaraq 1 mlrd. 230 mln. 599 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalı isə 245 mln. 354 min manata çatıb.

Xalq Bank 2017-ci ilin ikinci rübündə 24 mln. 651 min manat əməliyyat mənfəəti əldə edib və onun 19 mln. 488 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara ayırıb.

Nəticədə Bank dövrü mənfəətlə bitirib və bankın xalis mənfəəti 5 mln. 172 min manat təşkil edib.