WhatsApp alış-veriş funksiyasını aktivləşdirdi | Banco.az

WhatsApp alış-veriş funksiyasını aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

Whatsapp bir müddət əvvəl biznes yönümlü sərmayələri artıracağını, xüsusilə də, alış-veriş, satış və Facebook istiqamətini gücləndirəcəyini elan etmişdi. Bu açıqlamadan sonra şirkət sözügedən istiqamətdə ilk addımı atıb və platforma vasitəsilə alış-veriş etməyə imkan yaradan yeni funksiyanı dünya miqyasında istifadəçilərin bəyənisinə təqdim edib.

Bu funksiya sayəsində istifadəçilər alış-veriş etmək istədikləri müəssisənin saytına daxil olmadan birbaşa Whatsapp vasitəsilə sifariş verə biləcəklər. Müəssisələr isə öz növbəsində bütün məhsul və xidmət kataloqlarını qiymətlərlə birlikdə yayımlayıb satış həyata keçirmə imkanı əldə edəcəklər.

Piştaxta simvoluna oxşayan yeni alış-veriş düyməsi müəssisənin müvafiq kataloqa sahib olduğunu dərhal istifadəçilərə göstərəcək və yeganə kliklə məhsullara çıxışını təmin edəcək.

Whatsapp sözügedən funksiyanın bütün dünyada istifadəyə verildiyini və platformanın interfeysində audio zəng düyməsinin yerini aldığını bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: WhatsApp arxivlənmiş mesajlarla bağlı yeni funksiya sınaqdan keçirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram