Vüsal Qasımlının məqaləsi nüfuzlu elmi jurnalda nəşr edilib | Banco.az

Vüsal Qasımlının məqaləsi nüfuzlu elmi jurnalda nəşr edilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının elmi məqaləsi nüfuzlu elmi jurnalda – İtaliyanın “Ponte” dərgisində çap olunub.

Thomson Reuters-ə daxil olan dərgidə nəşr edilən məqalə “Avropa ölkələrində əmək məhsuldarlığına təsir göstərən əsas amillər” adlanır. V.Qasımlı Avropa İttifaqının 15 ölkəsinin məlumatlarından istifadə edərək R&D, dövlətin təhsilə qoyduğu sərmayə və həmkarlar ittifaqlarının sıxlığının əmək məhsuldarlığına təsirini qiymətləndirib və müvafiq tövsiyyələr müəyyənləşdirib. Elmi məqalədə müxtəlif ekonometrik üsullardan istifadə etməklə V.Qasımlı nəticələri və tövsiyyələri həm Avropa İttifaqı, həm də ayrı-ayrı ölkələr üçün təqdim edib. Elmi əsərin 4-cü Sənaye İnqilabı şəraitində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün empirik əhəmiyyəti var. Elmi məqalədəki tezislər əmək məhsuldarlığının artırılması üçün strategiyaların işlənilməsi və həyata keçirilməsində istifadə oluna bilər.  

Ən sərfəli kredit üçün müraciət et

Məqalə ilə tanış olmaqdan ötrü aşağıdakı linkdən istifadə edə bilərsiniz:

http://www.pontejournal.net/mainpanel/abstract.php?TOKEN=gRkgF5411G&PID=PJ-KU23Z&fbclid=IwAR0wmeUflGcmB1bBIeBKhWHHnIWB32bYQ_tM8y1n9s19N8x3JMmoZBTL1Xc