Visa qlobal She’s Next Empowered by Visa təşəbbüsünün Azərbaycanda II mərhələsinə start verir | Banco.az

Visa qlobal She’s Next Empowered by Visa təşəbbüsünün Azərbaycanda II mərhələsinə start verir

Təşəbbüsün ikinci dalğası daxilində Visa şirkəti yeni biznes qurmaq arzusunda olan və təcrübəli qadın sahibkarlar üçün müsabiqə elan edir. Müsabiqə iştirakçıları bizneslərinin effektiv təqdimatı üzrə pulsuz təlimlər keçəcək, öz biznes ideyalarını münsiflərə təqdim edəcək və onun həyata keçirilməsi üçün pul mükafatları udmağa çalışacaqlar. 

Visa şirkəti qlobal She’s Next Empowered by Visa təşəbbüsünün Azərbaycanda ikinci dalğasına başlayır. Layihə öz biznesinə başlamaq və ya artıq mövcud biznesi inkişaf etdirmək istəyən qadınları dəstəkləyir: iştirakçılar biznes biliklərini artırmaq, bacarıqlarını genişləndirmək və 15 000 manatadək pul mükafatı uğrunda mübarizə aparmaq imkanı qazanacaqlar. 

Müsabiqədə iştirak üçün ərizə 1 sentyabrdan etibarən verilə bilər. Bu il təşəbbüs müsabiqə şəklində, iki kateqoriyada keçiriləcək:

“Biznes ideyası”

Öz biznesini qurmağa planlayanlar üçün – ixtira etdiyiniz biznes ideyanı münsiflərə təqdim edib onları layihənizə yatırım etməyə inandırmalısınız. Qalib biznesini qurmaq üçün 10 000 manat pul mükafatı alacaq. 

“Əməli biznes”

Öz biznesini artıq qurub onu genişləndirmək istəyənlər üçün – biznesin inkişaf planını hazırlayıb təqdim etməlisiniz. Qalibin mükafatı 15 000 manatdır. 

“Bütün dünyada Visa kiçik biznesə, o cümlədən qadınlar tərəfindən idarə olunan kiçik biznesə dəstək olmaq üçün bir sıra proqramları dəstəkləyir. She’s Next Empowered by Visa təşəbbüsünün birinci dalğası Azərbaycanda böyük soraq doğurdu: 1 000-dən çox qadın təşkil etdiyimiz təhsil seminarlarında iştirak etdi. Təşəbbüsün ikinci dalğası daxilində biz qadınlara öz biznesini uğurlu təqdim etmək bacarığını gücləndirməyə yardım edəcəyik, çünki bu bacarıq biznesə investisiya cəlb etməyin yolunu aça bilər. Ümidvarıq ki, proqramımız Azərbaycan qadınlarına təhsil və biznes inkişafı üçün əlavə imkanlar qazandıracaq, pul mükafatları isə qaliblərə bizneslərini artırmaq üçün növbəti mühüm addımları atmağa kömək edəcək,” – deyərək Kristina Doroş, Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri qeyd etdi.    

Müsabiqə dörd mərhələdən ibarət olacaq: 

• Ərizələrin toplanması. Anketi doldurub 7 oktyabr 2022 il tarixinədək müsabiqədə iştirak üçün ərizə verin. Anketdə mövcud biznesinizi və ya biznes ideyanızı təqdim etməlisiniz. 

• Təlim. Ekspertlərin keçirdiyi ödənişsiz bir-günlük onlayn təlimdə iştirak edin. Təlimçilər biznesin uğurlu təqdimatı haqqında bəhs edərək sizə öz ideyalarınızı “satmağı” öyrədəcəklər.   

• Video təqdimat. Mövcud biznesiniz və ya biznes ideyanız haqqında video təqdimat hazırlayın. Hər kateqoriya üzrə 6 ən yaxşı təqdimatın müəllifləri finala vəsiqə qazanacaqlar.   

Ən sərfəli kredit üçün müraciət et

• Final. 2 dəqiqə ərzində biznesinizi təqdim edin və münsiflər heyətini layihənizə sərmayə qoymağa inandırın. Hər təqdimat bir sıra meyar üzrə qiymətləndiriləcək. Ən çox xal toplayan iştirakçılar qalib elan olunacaq və pul mükafatları alacaqlar.

Müsabiqədə iştirak üçün ərizə verin 

She’s Next Empowered by Visa təşəbbüsü mikro və kiçik bizneslə məşğul olan qadınlara kömək etmək məqsədi daşıyır. Layihə işgüzar qadınlara biznesin idarə edilməsinə dair praktiki məsləhətlər və əlavə maliyyə verməklə qadın sahibkarlığının inkişafına xidmət edir. 

Azərbaycanda bu təşəbbüs 2021 ilin yazından başlayaraq icra edilir. Təşəbbüsün birinci dalğası çərçivəsində öz biznesini idarə edən və ya onun qurulmasını planlaşdıran işgüzar qadınlar üçün ödənişsiz onlayn təhsil proqramı işlənib hazırlandı. Proqram tanınmış qadın sahibkarların, biznes-kouçların, ekspertlərin və ruhlandırıcı natiqlərin apardığı 8 vebinardan ibarətdir. 

She’s Next Empowered by Visa təşəbbüsünün ikinci dalğası barədə məlumatla, eləcə də müsabiqənin keçirilməsi qaydaları və seçim meyarları ilə wowoman.org saytında tanış ola bilərsiniz. Təşəbbüsün yeniliklərini sosial şəbəkələrdə #ShesNext, #ShesNextbyVisa və #ShesNextAzerbaijan həştəqləri ilə izləyin, habelə Visa-nın ölkədəki Visa Azerbaijan rəsmi səhifəsində və wowoman.org saytında oxuyun. 

Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram