Dünyanın ən iri ödəniş sistemlərindən biri olan VİSA İnc. banklara kripto ödəmə funksiyalarını inteqrasiya etməyə imkan verən yeni bir sistemi sınaqdan keçirir. VİSA-nın kriptoqrafik API-lərindən istifadə edərək banklar müştərilərinə bitcoinlərin alınması, ticarəti və saxlanılması da daxil olmaqla bir sıra kriptovalyuta xidmətləri təklif edə biləcəklər. API interfeyslər banklara öz aralarında məlumatların inteqrasiyası və mübadiləsinə optimal imkan yaradacaq. Bu faktor vaxta, xərclərə və digər resurslara qənaət edəcək. Visa API, Anchorage ilə partnyorluq çərçivəsində yaradılmışdır. Bank müştəriləri bankın mobil tətbiqetmələri vasitəsilə rəqəmsal aktivləri almaq, satmaq və saxlamaq üçün Anchorage platformasına qoşula biləcəklər. API testi üçün ilk partnyor rəqəmsal bank – First Boulevard oldu.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!