Vergi orqanlarında işə qəbul üçün test imtahanları üzrə ədəbiyyat siyahısı | Banco.az

Vergi orqanlarında işə qəbul üçün test imtahanları üzrə ədəbiyyat siyahısı

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün eyni vaxtda iki müsabiqə elan edib. Müsabiqələrdən biri namizədlərin test imtahanları vasitəsilə, digəri isə yalnız müsahibə yolu ilə işə qəbul edilməsini nəzərdə tutur.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə yanvarın 31-dən fevralın 20-dək həyata keçiriləcək. Elektron ərizə vermiş namizədlər 27-29 mart tarixlərində (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi martın 30-da Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 sualı əhatə edən ədəbiyyat sihayısını təqdim edirik:

İqtisadçı və digər ixtisaslar üzrə

1. Azərbaycan Respublikasının Konstitusiyası;

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi - 1, 2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr;

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi - 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1-ci, 530-532, 545, 598, 602-ci maddələr;
5. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;

6. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

7. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu;

8. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu;

9. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu;

10. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu;

11. "Vergilər Nazirliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

12. İqtisadi nəzəriyyə, Maliyyə, Büdcə Sistemi ("Makroiqtisadiyyata giriş", Məmmədhəsən Meybullayev və "Ekonomiksin əsasları", Qreqori Mənkyu);

13. Mühasibat uçotu ("Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu, "Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 30 yanvar 2017-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları");

14. Gömrük (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr, "Gömrük Tarifi Haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları" və 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərədə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları");

15. Sosial və işsizlikdən sığorta ("Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürəninn vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə").

Hüquqşünaslıq ixtisası üzrə

Ən sərfəli kredit üçün müraciət et

1. Azərbaycan Respublikasının Konstitusiyası;

2. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi;

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsi - 1,2-ci fəsillər, 24-28, 41 və 42-ci maddələr, 4-cü fəsil, 135-139, 146, 6-cı fəsil, 178, 181, 203, 212, 213, 225-ci maddələr, 13-14-cü fəsillər, 16-cı fəsil, 5-ci bölmə, 19-cu fəsil, 389, 390, 460, 560, 567, 614, 627, 646, 666, 675, 700, 710, 747, 787, 883, 884, 937, 965, 971-973, 997,1077, 1096-1101, 1133-1135, 1159-1160, 1166-cı maddələr;

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi – 1-23, 30, 40-2, 41-45-ci fəsillər;

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi - 1-2-ci fəsillər, 21-25-ci maddələr, 5-ci fəsil, 38-ci maddə, 7-12-ci fəsillər, 86, 94, 95-ci maddələr, 14-15 və 17-18-ci fəsillər, 150, 398, 401-408, 413, 430, 431, 451, 460- 461, 467, 477-1, 530-532, 545, 598, 602-ci maddələr;

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi – 1-13-cü fəsillər;

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi - 2-12, 19, 28, 31-32-ci maddələr, 7-ci fəsil, 57, 62-ci maddələr, 10-11-ci fəsillər, 89-91 və 94-cü maddələr, 15-16-cı fəsillər, 114, 122-124-cü maddələr, 19-20-ci fəsillər, 131-132, 137, 154, 175, 179 və 186-cı maddələr;

9. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi - 1-7-ci fəsillər, 41-44, 46, 55, 73-2, 75, 162-1, 192, 192-1, 193, 205-1, 205-2, 213, 213-1, 303, 306-cı maddələr;

10. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi – 1-4, 6, 8-11, 14-16-cı fəsillər, 154-157-ci maddələr, 18-19, 23-28, 30-31 və 34-38-ci fəsillər;

11. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;

12. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu;

13. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

14. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu;

15. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu;

16. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu;

17. "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu;

18. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu;

19. "Vergilər Nazirliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

20. Gömrük (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi – 2, 3, 5, 7, 13, 64, 73, 75, 149, 150, 166, 222-224, 226, 231, 237, 238, 240, 242-244, 246, 247, 249, 258, 267, 271-ci maddələr, "Gömrük Tarifi Haqqında" Azərbaycan Respublikasının Qanunu, "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı Qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları" və 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları");

21. Sosial və işsizlikdən sığorta ("Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürəninn vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə").

Xatırladaq ki, müsabiqənin test imtahanı mərhələsində namizədlərə məntiq və informatika sahələri üzrə test tapşırıqları təqdim olunmayacaq.

Vergiler.az