Həyatımızın hər anında bizi izləyən reklamlar şirkətlərin əsas gəlir mənbəyini təşkil edir desək yəqin ki, yanılmarıq. Məhz reklamın yardımıyla bir çox şirkət öz məhsullarını tanıdır və satışını həyata keçirir. Zamanla adi reklamlar öz aktuallığını itirir və yerini yeni daha kreativ və birbaşa deyil, şüuraltına təsir edən reklamlar alır. Bu gün belə yaradıcı reklamlarla sizi tanış edəcəyik. Belə reklamlar həm vizual, həm də daşıdığı məqsədi özündə əks etdirir.
1. Təsəvvür edin bir kitabla bir bıçağı necə reklam etmək olar. İstəyəndə olar. Brazilyadakı reklam agentliklərindən biri kitab səhifələrinin üzərində alma rəsmi əks etdirərək, bıçağın nə qədər iti və incə doğradığını təsvir etmişdir. Reklamın daşıdığı məna və verdiyi məsaja söz ola bilməz.
2. Bildiyiniz kimi bir sıra heyvanlar bit kimi kiçik canlılardan əziyyət çəkirlər. Belə olduqda bunun əyani təsvirini yaratmaq məhsulun alışına təsir etməzmi? Bunun əyani təsvirini yaradan İndoneziya şirkəti bit əleyhinə spreyi məhz bu yolla reklam etmişdi. Belə bir reklamdan sonra bu məsələyə biganə qalmaq heyvansevərlər üçün olduqca çətin ola bilər.
3. Yəqin ki, dondurmanı sevməyən çox az sayda insan var. Amma dondurma soyuq olduğu üçün öz növbəsində dişlərimiz üçün bir qədər ziyanlıdır. Bunu nəzərə alan bir dondurma şirkəti dondurma çubuqlarını diş fırçası formasında düzəldərək üzərinə “UNUTMA” ifadəsini yazıblar. Ən çox uşaqların dondurmanı sevdiyini nəzərə alsaq, reklam yaradıcılarını təbrik etmək olar.
4. Sürət bir çoxlarının həyatını ya yarıda qoyur, ya da xəstəxanalıq edir. Bunu nəzərə alan Almaniya şirkəti sürət həddinə diqqət çəkmək üçün radar göstərən lövhəni böyük bir şəkildə yol kənarına qoymuş və orda əks olunan sürət həddini xəstəxanada keçirəcəyiniz günlər şəklində ifadə etmişdir. Yəqin ki, sükan arxasında oturmaq xəstəxanadan yatmaqdan daha yaxşıdır.
Nəcibə Yusifova, Banco.az