Palkovnik Harland Sanders 9 sentyabr 1890-cı ildə Henryville, Indiana şəhərində anadan olmuşdur. 40 yaşına gələndə artıq O, qubernator tərəfindən Kentukki palkovniki təyinatı almış, yemək servisi də edən Kentukki xidməti stansiyasında çalışırdı. Nəhayət, Sanders, ölkədəki qızardılmış toyuq biznesini françayzinqə yönəldib, satılan hər bir toyuq üçün ödəniş aldı. Şirkət, dünyanın ən böyük fast-food toyuq zəncirinə çevrildi, Kentucky Fried Chicken(KFC). Sanders, 16 dekabr 1980-ci ildə Louisville şəhərində vəfat edir.
Erkən Həyat və Karyera- “Kentucky Fried Chicken” yaranır.
Atası 6 yaşındaykən vəfat etdikdən sonra, kiçik qardaşı və bacısını qidalandırmaq və qayğısına qalmaq məsuliyyəti ona qalır. 10 yaşından başlayaraq, o, fermer, tramvay dirijoru, dəmiryoldaşıyıcı və sığortaçı kimi çoxsaylı iş yerlərində çalışır. Sanders Qeyd edildiyi kimi xidməti stansiyanın yemək servisi edərək səyyahları yeməklə təmin edirdi. Nəhəyat o bu işi qarşı küçədə restaranda davam etdirməyə başlayır, 1935-ci ildə Governor Ruby Laffoon tərəfindən palkovnik rütbəsini alarkən, əlində xususi qızardılmış toyuq resepti var idi.
1952-ci ildə restoran bağlandıqdan sonra, palkovnik özünün toyuq biznesinin françayzinqi (Françayzinq, bir məhsul və ya xidmətin imtiyaz hüququna sahibidir, müəyyən bir müddət şərt və məhdudiyyətlər daxilində işin idarə olunması və təşkilatı ilə əlaqədar məlumat və dəstək təmin etməklə, imtiyaz hüququnu ticari işlərin icra edilməsi üçün ikinci tərəfə imtiyazdan yaranan, uzun müddətli və davamlı iş, əlaqələr toplusudur) məsələsində sadiqliyini qoruyur.
Palkovnik Sanders ölkənin dört bir yanını gəzərək toyuq bişirərək hər toyuq qarşılığında 5 sentlik müqavilələr bağlamağa çalışır. İlk satış “Salt Lake City”-dən Pete Harmanla həyata keçirilir. 1964-cü ildə 600dən satış yeri olan şirkəti bir qrup sərmayəçiyə 2 milyon dollar satır.
Beləliklə “Kentucky Fried Chicken” 1966-cı ildə bazara çıxarılır, New York birjasında qeydiyyat keçirilir. Heublein Inc. 1971-ci ildə şirkəti 285 mln dollara alanda, onun dünya səviyyəsində 3500-dən çox companiyası və şirkəti var idi. KFC R.J. Reynolds Industries, Inc. (hal-hazırda RJR Nabisco, Inc.) şirkətinin bir parçası olur, o vaxt ki, Reynolds 1982-ci ildə “Heublein Inc”-I satın alır. 1986-cı il Oktyabrda “RJR Nabisco”-dan təxminən 840 mln dollar qarşılığında “PepsiCo” tərəfindən alınır.
Palkovnik, 1980-ci il Dekabrın 16-sı Kentukki ştatının Louisville şəhərində 90 yaşında lösemiyadan öldü. Bu gün dünyanın hər yerində Sanders imzası, xatirəsi KFC restoranları vasitəsiylə anılır.
Sandersin Corbin şəhərində Benzin stansiyasinda yemək yemək istəyən yol adamlarını, səyahət edənlər və s. doydurmağıyla başladı hər şey. Beləliklə ləziz yeməklərin səyi nəticəsində yolçular daha çox benzin çənlərini doldurmağa meyl edirdilər.
İllər ərzində Palkovnik Sanders gizli formulanı beynində və maşınında daşımışdır. Hal-hazırda Kentucky, Louisville-də kassada bağlı şəkildə saxlanılır.
Sanders Cafesi 1930 da ilk dəfə ortaya çıxdı. Bü gün 12 milyondan çox adam bu ləzzəti dadmaq üçün dünyanın 109 ölkəsində bir araya toplaşır.
1965-ci ildə 75yaşında Palkovnik kompanyanı 2 milyon (bu gün 14,161,464 dəyərində) dollara satır. KFC qloballaşaraq böyüdü lakin heç vaxt köklərini unutmadı-bu gün də Palkovnik Sanders şirkətin siması olaraq qalmaqdadır.
1957: The First Budget (ilk səbət)
“Bir səbət toyuq” deyəndə ilk ağıla KFC gəlir. Lakin orjinal səbət menu hələ 1957 hazırlanmaqda idi.
Fuad Vahabzadə, banco.az