"Unibank"ın xalis mənfəəti 71%-dən çox artıb | Banco.az

"Unibank"ın xalis mənfəəti 71%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Unibank" 2024-cü ilin birinci rübünü yüksək nəticələrlə başa vurub. Belə ki, hesabat dövründə bankın xalis mənfəəti 7 milyon 344 min manat olub. Bankın xalis mənfəəti illik müqayisədə 71,2% artıb. Ötən ilin yanvar-mart aylarında bankın mənfəəti 4 milyon 290 min manata bərabər olub.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivləri 1 milyard 588 milyon 679 min manat təşkil edib. 

Bankın kredit portfeli 1 milyard 47 milyon 456 min manata bərabər olub ki, bunun da 607 milyon 843 min manatını istehlak kreditləri, 347 milyon 554 min manatını biznes kreditləri, 92 milyon 59 min manatını isə daşınmaz əmlak kreditləri təşkil edib. 

"Unibank"ın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edib. Birinci rübün nəticələrinə görə, bankın depozit portfeli 2023-cü ilin birinci rüb göstəriciləri ilə müqayisədə 172 milyon 191 min manat və ya 17,2% artaraq 1 milyard 173 milyon manatı ötüb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram