Unibankın təşkilatı və idarəetmə strukturunda bir neçə yeni təyinat olub.
Rəhbərliyin qərarı ilə Heybət Qədirov – Pərakəndə biznes üzrə Baş inzibatçı, Tural Hüseynov isə Korporativ biznes üzrə Baş inzibatçı vəzifəsinə təyin ediliblər. Hər ikisi öz karyeralarına Unibankda başlayıblar. Heybət Qədirov – 9 il, Tural Hüseynov isə 10 ildir Unibank komandasının üzvüdür.
Bank rəhbərliyinin digər bir qərarı ilə Unibank komandasına yeni qoşulan Elçin Abdullayev, Transformasiya üzrə Baş inzibatçı vəzifəsinə təyin edilib.