Uğurlu olmaq üçün bu zərərli vərdişlərdən mütləq əl çəkməlisiniz | Banco.az

Uğurlu olmaq üçün bu zərərli vərdişlərdən mütləq əl çəkməlisiniz

Tamara Mustafayeva, Banco.az

İstər işgüzar sferada, istərsə də şəxsi həyatımızda uğur qazanmaq və işlərimizi qaydasına salmaq üçün bu və ya digər prinsiplərə əməl etməli oluruq. Bugünkü məqaləmizdə də uğurlu olmaq üçün mütləq tərgitməli olduğunuz zərərli vərdişlərdən bəhs edəcəyik.

1. Uğur qazanmış insanları müqəddəsləşdirməyin

Hər kəs müəyyən bilik və bacarıqlara yiyələnmək üçün müəyyən insanları nümunə götürə bilər. Ancaq burada əsas məqam heç kəsi həddindən artıq gözünüzdə böyütməməkdir. Həmin insanlara böyük hörmətiniz olsa da, unutmayın ki, onlar sizin özünüz deyillər və siz mütləq həmin insanların uğurlarını təqlid etməli deyilsiniz.

2. Özünüzü “həmyaşıdlarıma nəzərən” formasında heç bir müqayisəyə məruz qoymayın

Adətən insanlar həyatlarının bütün mərhələlərində özlərini böyük uğurlar əldə etmiş həmyaşıdları ilə müqayisə edirlər. Bəzən bu müqayisələr hətta olduqca zərərli səviyyəyə çata və böyük uğursuzluqlara gətirib çıxara bilir. Unutmayın ki, hər kəsin öz həyat yolu var və uğurun kimi hansı yaşda tapacağı bəlli deyil.

3. Bəhanələr yaratmaqdan qaçının

Sizə mane olan şeyləri müəyyən edin və yarı yolda dayanmaqdansa, onları dəyişdirməyə çalışın. Həyatın məsuliyyətini qəbul etməyə və bəhanələrə sığınmadan dəfələrlə cəhd etməyə çalışın.

4. Həddindən artıq təvazökar planla kifayətlənməyin

Yeganə peşə və ya ixtisasla məşğul olan insanların daimi olaraq bu rolu oynayacaqlarına inanmaları səbəbilə özlərində hər hansı yeni bacarıq kəşf edə bilmədikləri aşkar edilib. Qarşınıza kiçik hədəflər qoyub xəyallarınıza sərhəd çəkməyin. Daha yaxşı həyat standartları üçün daha yaxşı və daha böyük hədəflər müəyyən etməlisiniz.

5. Başqalarını günahlandırmaqdan əl çəkin

Ən sərfəli kredit üçün müraciət et

Sizdən başqa heç kəs yaxşı ya da pis vəziyyətinizə görə məsuliyyət daşımır. Əldə edə bilmədiyiniz heç nəyə görə başqa insanları günahlandırmayın.

6. İnsanlara qarşı qərəzli olmayın

“Varlıların hamısına mütləq ailəsindən miras qalıb”, “Kasıb insanlar üçün heç kəs şərait yaratmır” kimi şablon ifadələri lüğətinizdən çıxarmağa çalışın.

7. Hər şeyin cavabını bilməyə məcbur deyilsiniz

Bilmədiyiniz çətin bir sualla qarşıladığınız zaman “bilmirəm” deməyi bacarmalısınız. Daha sonra isə mütləq bilmədiyiniz sualların cavablarını özünüz üçün araşdırın və tapın. Ancaq hər şeyi bilməyə məcbur olmadığınızı da əsla unutmayın.

8. Gözləməyin

Hər hansı bir işə başlamaq və ya karyeranızda irəliləmək üçün ideal zaman anlayışı yoxdur. Elə indi ayağa qalxın və həyatınızın axarında söz sahibi olun.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram