Uğurlu insanların öz işlərində göstərdikləri 11 davranış | Banco.az

Uğurlu insanların öz işlərində göstərdikləri 11 davranış

Uğur qorunması lazım olan bir xususiyyətdir, lakin seçildiyimiz işə bəzən yaxşı adaptasiya ola bilməmək ələ keçiridiyimiz uğurun tezliklə  yoxa çıxması ilə nəticələnə bilər. Çünki işə adaptasiya olmaq demək, loru dildə desək müdirin gözünə girə bilmək deməkdir. Banco.az kollektivi sizi düşünərək uğurlu insanların 11 davranışının siyahısını tutmuşdur. 

1) Daha birinci gündən plan və hədəflərini qeyd edər, gerçəkləşdirməyə başlarlar.

Özünüzü bir gəmiyə oxşadın. Getdiyi hədəfi bilməyən gəmi titanik kimi buz parçasına dəyib məhv olacaq. Ona görə də hədəfinizi indidən müəyyən edin. Karyera məsləhətçisi Amanda Augustine deyir:

Müsahibə mərhələsində qarşı tərəfə nə demisinizsə çalışın onların həqiqiliyini iş prosesində göstərin. Şirkətin əməkdaşları sizin vizyonunuzu görməyiniz üçün bu olduqca vacibdir. 

2) Köhnə iş yoldaşlarınızla əlaqələrinizi kəsməyin.

İşdən ayrılmaq demək həmin işlə olan bütün bağlantılarını kəsmək demək deyil. Çox təəsüf ki ölkəmizdə, bu proses belədir. Lakin yeni işə başladığınızda köhnə işinizdə olan dostlarınızdan referans  və ya Linkedln hesabının üçün tövsiyyə istəyə bilərsiniz.  Dayday demirəm ha, referans deyirəm :) . Unutmayın ən yaxşı referans dövrü, ona ehtiyacınız olduğununuz  zamandan  öncədir.

3) Komanda yoldaşlarınızın işlə bağlı problemlərində  dəstəkçi olun.  

Komanda içərisində kiminsə işə lazım olan diqqəti verə bilməməsi bütün işə mənfi təsir göstərər.  Buna görə də özünüzü onun yerinə qoyun və nə edəcəyiniz barədə düşünün. Supermen olun demirəm, sadəcə komandanın bir parçası olmağa çalışın.

4) Sosial olun, asosial olmayın.

Ofisdə hər kəslə yaxşı əlaqədə olmağa çalışın,  tanınmadığınız insanlarla tanış olun. Çevrənizi genişləndirin, öyrəndiyiniz şeyləri paylaşmaqdan çəkinməyin.

5) Daha yaxşısını edə bilmək üçün yeni yollar tapmağa çalışın.

Slack’in CEO’su Stewart Butterfield  deyir ki, işçiləri daima yeni yollar tapmaq üçün həvəsləndirirəm.  20-li yaşlarımızda  uğurlu olmaq üçün çox həvəsli olarıq, kreativ düşünərik.

6) Pulunuzu itirin, amma zamanınızı itirməyin.

Ən sərfəli kredit üçün müraciət et

Hər kəsin dərdi, boşa zaman itirməmək, zamanından qənaətlə istifadə etməkdir.  Hətta buna görə Time managment təlimlərinə gedən nə qədər insan mövcuddur. Zamanınızı idarə etmək sizin əlinizdədir, bunun üçün ilk edəcəyiniz şey gününüzü necə keçirdiyiniz barədə təhlillər aparmaqdır.

7) Nəyisə vərdiş edin.

Vərdişlərin gücü kitabını yazan Charles Duhigg belə qeyd edir:

Hər gün idmanla məşğul olmağı  vərdiş etmiş insanlar, daha sağlıqlı olub işlərinə istədikləri enerjini verə bilirlər.  Eyni zamanda daha az siqaret çəkir, ailələrinə qarşı daha səbirli olurlar.  Kredit kartlarını daha az istifadə edir, daha az stressə girirlər. Vərdiş etmək bizi inkişafa aparan tək yol. 

8) Hər zaman şirkətdəki dəyərinizi görməyə çalışın.

Bəzi insanlar şirkətdə xidmət etdikləri rola görə, öz dəyərlərini ölçə bilirlər. FBI müfəttişi Robin Dreeke deyir ki, əgər yeni bir vəzifəyə keçmək istəyirsinizsə özünüzə belə bir sual verin "həmin vəzifəyə keçmək üçün qarşımdakıları necə həyəcanlandıra bilərəm?"

9) İş yoldaşları ilə əlaqələrini daha da genişləndirmək üçün bütün fürsətlərdən istifadə edin.

Marie Claire’in köhnə medya rəhbəri Joanna Coles deyir ki, iş yoldaşlarınızla əlaqə qurmaq müdirinizlə qurmaq qədər daha vacibdir.

10) Müdirinizin gözləntisinə görə hədəflərinizi dəyişdirin.

Şirkətdə bir az işlədikdən sonra öz hədəflərinizin dəyişməsi istiqamətində müdirinizlə söhbət edin.  Nələri səhv, nələri düz etdiyiniz barədə məsləhət alın. 

11) İş yoldaşlarınızın sizin əsas aktivlərinizdir. 

Augustine’e görə toplantılara qatılmaq komanda içərisində ilk müraciət ediləcək adama çevrilməyinizə səbəb olacaqdır.

Xəzər Aslanov. Banco.az

Bu daha maraqlıdır