Türkiyədə ən çox hansı ölkə vətəndaşları ev alır? - Azərbaycanlılar neçənci yerdədir? | Banco.az

Türkiyədə ən çox hansı ölkə vətəndaşları ev alır? - Azərbaycanlılar neçənci yerdədir?

Tamara Mustafayeva, Banco.az

Türkiyədə ən çox ev alan xarici ölkə vətəndaşları məlum olub.

Banco.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, Türkiyədə xaricilərə ev satışı avqust ayında əvvəlki ilin eyni ayına nəzərən 10,1 faiz azalaraq 5273 olub. Yanvar-avqust aylarında isə bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz artaraq 44 min 595 olub. Bəs Türkiyədən ən çox hansı ölkə vətəndaşları ev alıb?

1238 nümayəndə ilə Rusiya siyahıya liderlik edir ki, onu 633 nəfərlə İran izləyir. Azərbaycan isə 106 nümayəndə ilə 11-ci sıradadır. Gəlin bütövlükdə siyahı ilə tanış

olaq.

  • Rusiya - 1238
  • İran - 633
  • İraq - 417
  • Almaniya - 256
  • Qazaxıstan - 231
  • Ukrayna - 219
  • Küveyt - 195
  • Səudiyyə Ərəbistanı - 150
  • ABŞ - 126
  • Əfqanıstan -108
  • Azərbaycan - 106
  • İngiltərə - 92
  • Misir - 88
  • Livan - 76
  • İsveç - 69
  • Sudan - 66
  • İordaniya - 66
  • Yəmən - 61
  • Fələstin - 60
  • Qətər - 57

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram