Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi | Banco.az

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

Türkiyə Mərkəzi Bankı (TMB) bu gün, oktyabrın 20-də keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyib. 

"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, bununla da TMB repo əməliyyatları üzrə faiz dərəcəsini 7,5%-də, uçot dərəcəsi üzrə dəhlizin aşağı həddini 7,25%, yuxarı həddini isə 8,25%-də təsdiqləyib. Bank bu addımını son zamanlar açıqlanan iqtisadi göstəricilərin, iqtisadi fəaliyyətin yavaşlamasına baxmayaraq valyuta məzənnəsinə təzyiqlərin olması ilə izah edib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamadan sonra TRY/USD məzənnəsi 0,14% azalaraq 3,0570 səviyyəsinə enib. 

Mənbə - Report

Ən sərfəli krediti almaq üçün müraciət et