Toplanmış sığorta haqlarının sığorta sinifləri üzrə üç illik analizi (2018, Aprel) | Banco.az

Toplanmış sığorta haqlarının sığorta sinifləri üzrə üç illik analizi (2018, Aprel)

Maliyyə Bazarlarına Nəzarət Palatasının göstəricilərinə əsasən 2018-ci ilin aprel ayında ölkədə toplanmış sığorta haqqı 301 milyon 419 min manat təşkil edir. Cəmi sığorta haqqının 73%-i könüllü sığorta ( 220 mln 861 min manat) , 27%-i isə (80 mln 559 min manat) icbari sığortadır. 

Əgər könüllü sığorta üzrə üç illik trendə nəzər salsaq, 2016-cı ilin aprelindən bu yana 72% artım olduğunu görürük.

İcbari sığortada isə bu rəqəm 25%-dir

Toplanmış 220 mln 861 min könüllü sığorta haqqından 52%-i , yəni  115 milyon 598 min manatı həyat sığortasının, 48%-i yəni 105 milyon 263 min manatı qeyri-həyat sığortasını təşkil edir. 

Qeyri - həyat sığortasından:

Şəxsi sığorta (min manatla)

           Əmlak sığortası (min manatla)

51 716 (49%)

53 546 (51%)

Ən sərfəli kredit üçün müraciət et

İcbari sığortada isə həyat sığortasının payı 15 milyon 885 min manat, yəni 20%, qeyri-həyat sığortasının payı isə, 64 milyon 674 min manat, yəni 80% təşkil edir.

Xəzər Aslanov. Banco.az