TƏHLİL: Qala Həyat Sığorta 2017-ni necə başa vuracaq? (infoqrafika) | Banco.az

TƏHLİL: Qala Həyat Sığorta 2017-ni necə başa vuracaq? (infoqrafika)

Banco.az olaraq, 2017-ci ilin sonuna dair, hesabat xarakterli yazıları davam etdirəcəyik. Bu dəfə Qala Həyat Sığorta şirkətinin son illər ərzindəki maliyyə göstəricilərini araşdırmaq qərarına gəldik. Hazırda şirkətin İdarə heyətinin sədri vəzifəsini  Azər Əlizadə icra edir. 

2016-cı ili şirkət 2 mln 589 min manat mənfəətlə başa vura bilmişdi, amma 2017-ci ildə şirkətin mənfəətli ola biləcəyi düzü sual doğurur. Belə ki. şirkətin sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 43%, sığorta ödənişləri isə 23% azalıb.

Bundan əlavə sığorta ödənişlərinin sığorta yığımlarına nisbəti 98%-dir ki, bu da istənilən sığorta şirkəti üçün riskli haldır. 

“Qala Həyat” Sığorta Şirkəti 12 870 000 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir və əsas səhmdarı aktivlərinə görə ölkədə ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

Ən sərfəli kredit üçün müraciət et

Qala Həyat sığorta Azərbaycan Həyat sığortası bazarında fəaliyyət göstərən 3 şirkətdən biridir. Şirkət, 2008-ci ildə, iyulun 31-də dövlət qeydiyyatına alınmış, elə həmin ilin iyulun 31-də özünün ilk lisenziyasını əldə etmişdir.