Tamara Mustafayeva, Banco.az
Məlum olduğu kimi, 2022-ci il İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli olub. ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş sədri Ben S. Bernanke 2022-ci il İqtisadiyyat üzrə Nobel Mükafatını Douglas W. Diamond və Philip H. Dybvig ilə birlikdə qazanıb.
Bəs indiyədək bu mükafat hansı mühüm şəxsiyyətlərə verilib. Banco.az xarici mətbuata istinadən xəbər verir:
Saymon Kuznes (1971)
İqtisadiyyatın emprik elm kimi formalaşması və iqtisadi tarixin kəmiyyətinin inkişafı Kuznesin adı ilə bağlıdır. O, Nobel mükafatını öz təcrübəsi ilə tapdığı iqtisadi artım nəzəriyyəsinə görə qazanıb.
Milton Fridman (1976)
O, istehlak təhlili, pulun tarixi və nəzəriyyəsi sahəsində əldə etdiyi nailiyyətlərə və sabitləşdirmə siyasətinin mürəkkəbliyini nümayiş etdirdiyinə görə Nobel mükafatını alıb.
Ceyms Tobin (1981)
O, maliyyə bazarlarını və onların xərcləmə qərarları, məşğulluq, istehsal və qiymətlərlə əlaqəsini təhlil etdiyinə görə Nobel mükafatına layiq görülüb.
Con Neş (1994)
O, qeyri-kooperativ oyun nəzəriyyəsində tarazlığın qabaqcıl təhlilinə görə Nobel mükafatına layiq görülüb. Neş İqtisadiyyat üzrə Nobel mükafatını Reynhard Zelten və Con Xarsani ilə bölüşmüşdür.
Amartya Kumar Sen (1998)
O, rifah iqtisadiyyatına verdiyi töhfələrə görə Nobel mükafatını qazanıb.
Corc Akerlof, Maykl Spens və Ceozef Stiqlits (2001)
Onlar asimmetrik informasiya bazarlarının təhlilinə görə Nobel mükafatına layiq görülüblər.
Daniel Kaneman (2002)
O, psixoloji tədqiqat anlayışının iqtisadi elmlərə, xüsusən də insanların qərar qəbul etməsinə və qeyri-müəyyənlik şəraitində qəbul edilən qərarlara inteqrasiyası üçün Nobel mükafatı alıb.
Pol Kruqman (2008)
"Ticarət modellərinin təhlili və iqtisadi fəaliyyətin yeri" haqqında tədqiqatlarına görə Nobel mükafatına layiq görülmüşdür.
Elinor Ostrom (2009)
İqtisadiyyatın, xüsusən də ictimai malların idarə edilməsininin təhlilinə görə Nobel mükafatı qazanıb. Ostrom İqtisadiyyat üzrə Nobel Mükafatını qazanan ilk qadın iqtisadçıdır.
Eqini Fama, Lars Piter Hansen və Robert Şiller (2013)
Aktiv qiymətlərinin empirik təhlilinə görə Nobel mükafatı qazanıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!