"Synergy Group"un yeni korporativ strategiyası hazırlanmışdır | Banco.az

"Synergy Group"un yeni korporativ strategiyası hazırlanmışdır

24 sentyabr 2014-cü il

Azərbaycanın ən uğurlu investisiya qruplarından biri olan “Synergy Group”un yeni korporativ strategiyası hazırlanmışdır. “Synergy Group”un Müşahidə Şurasının sədrinin müavini Fəxriyar Cabbarov qeyd edir ki, yeni korporativ strategiya holdinqin idarə edilməsinin effektivliyini yüksəldəcək. Qısamüddətli perspektiv baxımından investisiya qrupunun qarşısında bir sıra məsələlər durur. O cümlədən, törəmə müəssisələrin fəaliyyət səmərəliliyinin yüksəldilməsi, keyfiyyətli kadr və maliyyə kapitalının artırılması, həmçinin Azərbaycan iqtisadiyyatında əlavə investisiya imkanlarının analizi.

 

Fəxriyar Cabbarov qeyd edir ki, hal-hazırda "Synergy Group" uzunmüddətli perspektiv baxımından aktiv şəkildə diqqət yetirmək istədiyi iqtisadiyyatın əsas sahələrinin analizi və seçilməsi mərhələsindədir. Respublika rəhbərliyi sənaye sektorunun inkişafına xüsusi diqqət yetirir. Həmin tendensiyalar bizim holdinqdə də nəzərə alınır. Məsələn, bu il biz Gəncə-Qazax bölgəsində ictimaiyyətə bir sıra sənaye layihəsi təqdim etmişik. Bunların arasında əhəng emalı zavodunu inşa edən “Ecolime”, Şəmkir rayonunun Zəyəm qəsəbəsində iri qabaritli metal konstruksiyalar istehsal edən “Texnologiyalar Parkı”, Qaradağ ərazisində dam və fasad örtükləri istehsal edəcək fibrosement zavodunun tikintisini qeyd edə bilərik. “Synergy Group” həmçinin ölkədə “gobustone” brendi ilə qazobeton bloklar istehsal edən yeganə şirkətdir.

 

Qeyd edim ki, 2015-ci ildə biz öz seqmentində unikal olan və hal-hazırda tikintisi davam edən “Azerbaijan Fibro Cement” zavodunu istismara vermək niyyətindəyik. Qeyd edilən yüksək səviyyədə ekoloji zavod qabaqcıl Avstriya texnologiyasından istifadə edərək sıfır faizli tullantı miqdarına malik olacaq. Fibrosement lövhə insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz tikinti materialı olmaqla, Azərbaycanın tikinti bazarına yeni nəfəs gətirəcək.  

Ən sərfəli kredit üçün müraciət et

 

"Synergy Group" həmçinin ölkəmizdə təhsilin və müxtəlif idman növlərinin inkişafına yönəlmiş Korporativ Sosial Məsuliyyət (KSM) çərçivəsində qarşısına qoyduğu məqsədlərə sadiq qalır. "Synergy Group" ölkəmizdə velosiped idman növünün inkişafına dəstək verir. Bizim məqsədimiz velosipedçilərimizi 2016-cı il Olimpiadası, eləcə də 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Oyunları kimi beynəlxalq səviyyəli idman yarışlarına hazırlamaqdır. “Synergy Group”un dəstəyilə Şəmkir şəhərində Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri böyük əks-səda doğurdu.  Öz növbəsində, “Synergy Group”un baş sponsorluğu ilə keçirilən “Parlaq Zəka” telelayihəsi Azərbaycanda istedadlı gənclərin üzə çıxarılması və biliklərinin möhkəmləndirilməsində onlara köməklik göstərilməsinə xidmət edir.

 

“Synergy Group” tikinti, tikinti materiallarının və iriqabaritli metal konstruksiyaların istehsalı, otelçilik, informasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də poliqrafiya sahələrinə fəal şəkildə investisiya yatıran qabaqcıl investisiya holdinqlərindən biridir.

 

Xatırladaq ki, bu gün Azərbaycanda ən uğurlu investisiya qruplarından olan “Synergy Group”un strukturuna iqtisadiyyatın müxtəlif sahələrindən olan 28 şirkət daxildir. 

Ən sərfəli krediti almaq üçün müraciət et