“Business Insider” qabaqcıl sahibkarlar və mütəxəssislərdən işə başlayarkən necə uğurlu olmağın mümkünlüyü barəsində məsləhət alıb. İşin əvvəlində əla ideya, həvəs və özünəinam olur. Lakin proses zamanı rəqabət mühiti, hüquqi mübahisələr və s. problemlərlə qarşılaşa bilərsiniz.
“Water Journey”in təsisçisi Frensin Qlik deyir ki, biz çox vaxt zamanı və pulu düzgün qiymətləndirə bilmirik. Bu da təxmin etdiyimizdən ikiqat artıq vaxt aparır və üçqat baha başa gəlir. Maliyyə təhlükəsizliyinizi təmin edin. Asudə vaxtlarınızda startap üzərində çalışın, amma daimi işinizi atmayın.
Həmçinin oxuyun: Məqsədinizə çatmağın 2 ƏSAS sirri
Startaplar gec başladılır
“Her Campus”un həmtəsisçisi Stefani Kaplan-Luis deyir: “Siz əbədi olaraq planlaya və araşdıra bilərsiniz, amma əsas odur ki, başlayasınız. İşə başlamaq üçün hər şeyi ideal vəziyyətə gətirmək lazım deyil”. Həm də siz ideyanızı həddən artıq uzun müddət ölçüb-biçirsinizsə, elə bir ehtimal var ki, sizin müştərilərinizə heç də uyğun olmayan nəyisə ərsəyə gətirmək üçün vaxt sərf etmisiniz. Əlinizdə olanı cəsarətlə təklif edin və müştərilər özlərinə lazım olan məhsulu yaratmaq üçün sizə yol göstərəcəklər.
Onlar yekun məqsədi görmürlər
Öz missiyalarınızı, dəyərlərinizi, sizin xidmətlərinizin başqalarından nə ilə fərqlənəcəyini müəyyənləşdirin. Bu, sizə hədəfə fokuslanmağa və effektiv işləməyə kömək edəcək. Əvvəlcədən ideyaya maksimum geniş bucaq altında baxmağa çalışın. Bununla siz əvvəldən qarşınıza çətin sualları qoyacaqsınız və yol xəritəsi əldə edəcəksiniz.
Həmçinin oxuyun: Biznesin 4 əsas problemini necə həll etmək olar?
Onlar rəqibləri öyrənmirlər
“Məntiqsiz görünə bilər, lakin rəqiblərə ehtiyacınız var”, — məhsuldarlıq üzrə məsləhətçi və sahibkar Hezer Hyuman deyir. “Onların sayı həddən artıq olmamalıdır. Rəqiblər sizin üçün bazarı yoxlayır, məhsul və xidmətlərə ehtiyacı öyrənir. Əgər rəqiblər sadəcə olaraq mövcud deyillərsə, özünüzə sual verin: Qurmaq istədiyim biznesə, həqiqətən, ehtiyac varmı? O, hər hansı problemi həll edəcəkmi?
Onlar öz ideyalarına aludə olurlar
“Veloz Group”un baş direktoru və sahibkar Adam Mendler deyib: “Bəzi təsisçilər öz ideyalarına o dərəcədə aludə olurlar ki, onların satdığı məhsulu başqa kimlərin də bəyəndiyini araşdırmırlar. Əlbəttə, siz öz biznesinizdən zövq almalısınız, amma həddən ziyadə emosional davranmaq uğura mane olur. Əmin olun ki, bazara təqdim etdiyiniz məhsulun və ya xidmətin alınmaması sırf sizin günahınızdır.
Onlar lazım olanda inkişaf etmirlər
“Obyektiv qalmaq və bazarı öyrənmək vacibdir”, — “Zen Media”nın təsisçisi Şama Xayber deyir. — İlkin məhsulunuzun istədiyiniz səviyyədə irəliləmədiyini görürsünüzsə, strategiyanızı gözlənilmədən dəyişdirməkdən qorxmayın”. Bazarın tələbinə cavab verin, öz istəklərinizi sırımayın.
“Yadda saxlayın. YouTube əvvəlcə tanışlıq saytı olaraq yaradılıb. Lakin saytın qurucuları tədricən anladı ki, insanlar video vasitəsilə tanış olmaq istəmir — insanlar sadəcə video yükləmək və paylaşmaq istəyir”.
Onlar hüquqi müdafiə ilə bağlı məsələlərə laqeydlik göstərirlər
Siz tələbə yoldaşınızla müştərək biznes qura bilərsiniz. Amma bunu edərkən tələsməyin. Təsis müqaviləsi bağlamağı, ilk əməkdaşlarla əmək müqavilələrini, məxfilik siyasətini və digər zəruri amilləri diqqətdən qaçırmayın. Unutmayın, ən səs-küylü məhkəmə prosesləri bir-birinə çox güvənən insanlar arasında olub.
Həmçinin oxuyun: Dünyanın ən zəngin insanlarının ilk biznesi nə olub?
Onlar hesab edir ki, birdən-birə pullanmaq lazımdır
Sahibkarlar düşünür ki, onlar dərhal xarici kapital cəlb etməlidirlər. Əslində ən yaxşısı işə kiçik məbləğlər qazanaraq başlamaqdır. Kiçik miqyasda olan konsepsiyanızı rahatlıqla yoxlayıb qərar verə bilərsiniz ki, biznesi davam etdirməyə dəyər ya yox.
Əgər məhsulunuza bazar tələbinin olduğunu sübut edə bilsəniz, potensial investorlar da sizin şirkətinizi daha yüksək dəyərləndirəcək. Beləliklə, vəsait cəlb etmək də daha rahat olacaq.
Onlar vaxtından tez və həddən artıq xərcləyirlər
Zərif ofislər, Aeron stulları və bahalı naharlar. Bütün bunları unudun. Qazanmağa başlamamış lüzumsuz xərclər yaratmayın. Eyni şey insan resurslarına də şamil olunur. “Infographic World”un təsisçisi Castin Bigel etiraf edir ki, sədaqətli işçi heyəti sizdə rahatlıq duyğusu yaradır və özünüzü əsl biznesmen kimi hiss etməyə kömək edir. Bu kəmiyyətdə işçiyə əmək haqqı ödəmək sizi müflis edə bilər.
Arzuladığınız gəlir səviyyəsinə çatana qədər maliyyə resurslarınıza qənaət edin, əks təqdirdə məhz siz ən çox itirən tərəf ola bilərsiniz.