"Starbucks" 50 illik yubileyi münasibətilə yeni reklam filmi yayımladı | Banco.az

"Starbucks" 50 illik yubileyi münasibətilə yeni reklam filmi yayımladı

Tamara Mustafayeva, Banco.az

Tanınmış qəhvə restoranları şəbəkəsi "Starbucks"ın təsis edilməsindən 50 il ötür. 1971-ci ildə Sietl şəhərinin "Pike Place Market" küçəsində kiçik bir dükanda başlayan hekayə hazırda yüz milyonlarla insanın şahid olduğu uğur sərgüzəştinə çevrilib. Şirkət 50 illik yubileyini gələcək planlarından bəhs etdiyi "Possible is Just the Beginning" adlı kampaniya ilə qeyd edir.

Şirkət kampaniya çərçivəsində ərsəyə gətirilən reklam filmində, "Hamımızın yaşadığı planet üçün daha yaxşı gələcək formalaşdırmaq" məqsədilə müştərilər və tərəfdaşlarla birliklə çalışaraq "Starbucks"ın növbəti 50 ilini səbrsizliklə gözlədiklərini bildirir.

Aşağıdakı link-lərə daxil olmaqla "Starbucks" markasının necə yarandığını və bu tanınmış dünya brendi ilə bağlı digər mühüm məqamları öyrənə bilərsiniz:

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram