Smartfonda dəyişdirilməsi qadağan olan parametrlər hansılardır? | Banco.az

Smartfonda dəyişdirilməsi qadağan olan parametrlər hansılardır?

IT sahəsində xüsusi biliyi olmayan istifadəçilər smartfonlarda tərtibatçı rejimindən istifadə etməsələr yaxşıdır. Bu, çox dar profilli proqram təminatına giriş imkanı verir.

Bu barədə Rusiyada IT texnologiyaları sahəsində ekspert Nikita Mokeyev smartfonlarda parametr dəyişikliyi ilə bağlı tövsiyələrində bildirib.

Mütəxəssisin sözlərinə görə, istifadəçi özü nəyisə dəyişdirərsə, qadcet tamamilə işləməyi dayandıra və ya nasazlaşa bilər.

“Eyni şey “Android” smartfonlarında root-hüquqlarından istifadəyə də aiddir. Xüsusi biliyi olmadan sistem fayllarını və tətbiqləri dəyişdirmək, yaxud silməklə əlavə “dəliklər”, viruslar əldə etmək, ümumiyyətlə sistemi işlək vəziyyətdən salmaq riski daşıyırsınız”, - deyə Mokeyev izah edib.

Ekspert həmçinin telefonun şəbəkə parametrlərində regionu dəyişməməyi məsləhət görür, çünki hər bir ölkənin öz rabitə standartları var.

Mokeyev son olaraq istifadəçinin istehsalçının tövsiyələrinə əməl etmək istəməməsini qınayıb və  əməliyyat sistemi, yaxud proqram tərtibatçıları tərəfindən təklif olunan yeniləmələri quraşdırmaqdan imtina etməməyə çağırıb.

Ən sərfəli kredit üçün müraciət et

“Əməliyyat sistemini yeniləməkdən imtina etmək qadceti zərərli proqramlara qarşı həssas edə bilər”, - deyə mütəxəssis xəbərdarlıq edib.

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram