Şirkətləri ziyana salan sığorta növləri – SİYAHI | Banco.az

Şirkətləri ziyana salan sığorta növləri – SİYAHI

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin yanvar-noyabr aylarında sığorta bazarı üzrə əsas göstəriciləri açıqlayıb. Hesabata əsasən ən zərərli sığorta növlərini təhlil edilib. Bazar üzrə ən zərərli sığorta növü yük daşıyanın mülki məsuliyyətinin sığortası olub-262,7%.

Zərərliliyin həcminə görə isə işçilərin dələduzluq sığortası birinci olub. Bu sığorta növü üzrə 1,244 milyon manat sığorta haqqı toplandığı halda, sığorta ödənişlərinin həcmi 1,719 milyon manat olub. Başqa sözlə, yığımlardan 38,1% və yaxud 475 min manat artıq sığorta ödənişi verilib. Ən zərərli sığorta növləri tam siyahısı belədir:

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

Zərərlilik

yük daşıyanın mülki məsuliyyətinin sığortası

28,909.49

75,935.99

262.7%

işçilərin dələduzluğu sığortası

1,244,918.23

1,719,220.00

138.1%

əmlakın sığortası ilə bağlı digər siniflər

1,293,810.23

1,719,220.00

132.9%

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

1,324,944.01

1,419,365.96

107.1%

həyatın yaşam sığortası

121,145,337.21

108,337,818.08

89.4%

tibbi sığorta

72,091,449.91

50,555,007.37

70.1%

avtonəqliyyat vasitələrinin sığortası

20,531,368.37

10,059,787.52

49.0%

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

86,586,710.73

40,341,182.12

46.6%

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Fins.az