“Silkway Insurance”in rəhbərliyinə yeni təyinat olacaq | Banco.az

“Silkway Insurance”in rəhbərliyinə yeni təyinat olacaq

“Silkway Insurance” ASC-nin səhmdarlarının sabah saat 10:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının vaxtı bu gün saat 14:00-a dəyişdirilib. Bu barədə şirkət məlumat yayıb.

Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Zərifə Əliyeva küçəsi,55 (44 saylı ofis) ünvanında baş tutacaq.

Yığıncaqda "Silkway Insurance"in 2016-cı ildəki maliyyə-təsərrüfatı fəaliyyətinin yoxlanılması üçün müstəqil auditorun seçilməsi, eləcə də Şirkətin İdarə Heyətinə yeni üzvün seçilməsi məsələsi müzakirə ediləcək. Lazımi sənədlərin təqdim edilməsi üzrə məsul şəxs şirkətin baş mühasibi Rəna Əlyəddin qızı Quliyevadır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Silkway Insurance" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb, "Silkway Holding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,7%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,7%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19%-i "Silkway Airlines" MMC-yə, 3,6%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Mənbə: Report.az