Azərbaycanda yanvar-aprel aylarında toplanan sığorta haqlarının 78,5%i 5 sığorta şirkətinin payına düşür.
Bunlar «Paşa Həyat» (95,7 milyon), «Paşa Sığorta» (83,4 milyon), «Azərsığorta» (37,2 milyon), «Atəşgah həyat» (15,5 milyon) və «Qala sığorta»dır (12,4 milyon manat). İlk 4 ayda toplanan 331,4 milyon manat sığorta haqqının 244,3 milyon manatı bu şirkətlərin payına düşür. «Paşa holding»ə daxil olan il iki şirkət isə 180 milyon manat və ya ölkədəki bütün sığorta haqlarının 58%-ni toplayıb.
Ən az sığorta haqqı toplayan şirkətlər isə, fəaliyyətini dayandırmağa hazırlaşan «AXA Mbask»ı (5 min manat) nəzərə almasaq, «Naxçıvansığorta» (336 min), «Bakı sığorta» (448 min) və «Xalq Həyat»dır (672 min manat).
Son 5 yeri tutan şirkətin ümumi yığımlarda payı cəmi 0,7% təşkil edib.
fed
Bizi sosial şəbəkələrdən izləyin!!