Sığorta müqaviləsinə və ya qanuna müvafiq olaraq sığortaçıya sığortalanın ödəməli olduğu sığorta məbləği sığorta haqqı hesab olunur. Yəni bu məbləğ sığortalı tərəfindən ödənilir və sığorta şirkətinin əsas topladığı vəsaiti təşkil edir.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri tərəfindən 462 mln 653 min manat sığorta haqqı toplanmışdır.
Cari ilinilk 10 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 45 manat olub.
Lakin hər bir sığorta şirkətinin nə qədər sığorta haqqı topladığını cədvəlimizdən görə bilərsiniz. Məlumatlar MBNP tərəfindən təqdim olunub.
Sığorta haqlarına görə sığorta şirkətlərinin RENKİNQİ
№ | Sığortaçının adı | Sığorta Haqları |
1 | “Paşa Həyat Sığorta” | 123 370 842 |
2 | “Paşa Sığorta” Şirkəti | 99 611 436 |
3 | Dövlət Sığorta Kommersiya Şirkəti | 36 193 430 |
4 | “Atəşgah” Sığorta Şirkəti | 30 549 657 |
5 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 27 881 117 |
6 | “AzSığorta” | 20 551 099 |
7 | “AXA MBASK” Sığorta Şirkəti | 19 201 684 |
8 | “İPƏK YOLU SIĞORTA” ASC | 16 845 007 |
9 | “Qala Həyat” Sığorta Şirkəti | 15 738 710 |
10 | “Mega Sığorta” | 15 044 245 |
11 | “AtaSığorta” | 11 136 178 |
12 | “Standard Insurance” Sığorta Şirkəti | 11 125 202 |
13 | “Günay Sığorta” | 8 150 277 |
14 | “Qala Sığorta” | 7 984 863 |
15 | “Azərbaycan Sənaye Sığorta” | 6 466 027 |
16 | “Xalq Sığorta” | 6 217 219 |
17 | “A-Qroup Sığorta Şirkəti” | 4 810 666 |
18 | “Bakı Sığorta” | 1 163 032 |
19 | “Rəvan Sığorta” | 517 282 |
20 | "Naxçıvansığorta" | 79 664 |
21 | “Amrah Sığorta” | 15 982 |