Psixoloqlara görə liderlik qabiliyyəti insanın xarakterindən asılıdır. Lakin bunu da inkar etmək olmaz ki, kişi və qadınların idarəetmədə davranışlarında əsaslı fərqlər var. Qadın liderlərdə aşkar olunan bəzi xüsusiyyətlərə sosial bacarıqlar və sosial qarşılıqlı əlaqə, ünsiyyət ünsiyyət tərzi, fərqləri etiraf etmək, çox istedadlı olmaq və komanda ruhu yaratmaq daxildir. Qadınlar intuitiv və həssasdır. Onlar üçün təcrübə vacibdir. Daha aydın desək, məsələlərdə şəxsi təcrübələrə daha çox əhəmiyyət verir. Həmçinin məsələni daha geniş qiymətləndirərək qadınlar böyük mənzərəni daha aydın görə bilərlər. Qadınların güclü intuisiyası bu məsələyə öz töhfəsini verir.
Bütün bunları nəzərə alaraq Banco.az bu dəfə sığorta şirkətlərində təmsil olunan xanım rəhbərlərini (İdarə Heyətində) sizə təqdim edir.
Həmçinin bax:
- Banklarımızın xanım departament direktorları
- Hansı bankların rəhbərliyində (İdarə Heyəti) xanımlar təmsil olunur?
Məmmədova Natavan Niyaz qızı - İdarə Heyətinin Sədr müavini
2. AXA MBASK
Fatma Seda Bora - İdarə Heyətinin Üzvü
Əfəndiyeva Lalə Əli Heydərovna – İdarə Heyətinin üzvü
1963-cü il təvəllüdlü bu xanım rəhbər 1995-ci ildən etibarən maliyyə sahəsində işləyir. 2007-ci ildən isə AzRe Təkrarsığorta ASC-nin İdarə Heyətinin Üzvü seçilib.
5. Meqa Sığorta
Gülmaliyeva Sevinc - İdarə Heyətinin sədri
Sığorta sahəsində həm ölkədaxili, həm də beynəlxalq səviyyədə zəngin təcrübəyə malik olan Gülmaliyeva Sevinc Azərbaycan Dövlət İqtisad Universitetinin və Böyük Britaniyanın Çarter Sığorta İnstitutunun məzunudur. O, müəyyən dövlərdə Atəşgah Sığortada müxtəlif vəzifələrdə, Benfield Limited şirkətinin MDB regionu üzrə nümayəndəliyində direktor vəzifəsində işləyib. Həmçinin, Rusiyanın ən iri Sığorta və Təkrarsığorta Brokeri olan Malakut şirkətində və dünyanın ən iri Sığorta və Təkrarsığorta Brokeri olan Marsh şirkətinin Moskvada yerləşən nümayəndəliyində energetik risklərin sığortasının MDB regionu üzrə direktoru vəzifəsində çalışıb. 2012-ci ildən 2013-cü ilədək İsveçrənin “Societe de Courtage” Sığorta Brokeri şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində icraçı direktor vəzifəsində işləyib.
2013-cü ildən Meqa Sığortada işləyən bu xanım 2014-cü ildən şirkətin İdarə Heyətinin sədridir.
6. PAŞA Sığorta
Ülviyyə Cabbarova - İdarə Heyətinin sədri
PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova Azərbaycan Tibb Universitetində təhsil alıb. Peşəkar fəaliyyətə özəl tibb müəssisəsində həkim-koordinator kimi başlayan Ülviyyə xanım 2003-cü ildən etibarən sığorta sektorunda çalışır. 2007-ci ildə Tibbi və Səyahət sığortası üzrə koordinator kimi PAŞA Sığorta şirkətinə qoşulmuş və daha sonra 3 il ərzində sözügedən departamentə rəhbərlik etmişdir. Ülviyyə xanım 2011-ci ildə PAŞA Sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini, 2012-ci ildə isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşur və hazırda eyni vəzifədə çalışaraq şirkətə rəhbərlik edir. O, Stenford Universitetinin biznes məktəbində idarəetmə təlimini müvəffəqiyyətlə bitirib və tibbi sığorta, sığorta anderraytinqi istiqamətlərində sertifikatlara sahibdir.
Aygün Ömərova - İdarə Heyətinin üzvü
Aygün Ömərova bakalavr və magistr təhsilini Azərbaycan Dillər Universitetində fərqlənmə diplomu ilə bitirib. Aygün xanım iş həyatına 2004-cü ildə sığorta şirkətlərinin birindən anderrayter kimi başlamışdır. 2007-ci ildə PAŞA Sığorta şirkətinə anderrayter kimi işə qəbul olmuş, 5 il ərzində Anderraytinq və təkrarsığorta departamentinin rəhbəri vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra isə şirkətin Daxili Audit Xidmətinin Rəhbəri vəzifəsinə təyin edilmişdir.
2015-ci ildə Aygün Ömərova PAŞA Sığorta şirkətinin İdarə Heyətinin üzvü təyin olunub və hal-hazırda sığorta əməliyyatları blokuna rəhbərlik edir.
Aygün xanım Ashridge, Harvard və London biznes məktəblərində idarəetmə və liderlik təlimlərindən keçmişdir.
Ülviyyə Abbasova - İdarə Heyətinin üzvü
Ülviyyə Abbasova bakalavr və magistr təhsilini Bakı Dövlət Universitetində fərqlənmə diplomu ilə bitirib. Daha sonra 2015-ci ildə IE Business School-da biznesin idarəedilməsi üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, CIMA və ACCA kimi beynəlxalq sertifikatlara yiyələnərək risklərin idarə olunması, maliyyə və mühasibatlıq sahələrində bilik və keyfiyyətlərə malikdir.
Uzun müddət bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışmış Ülviyyə Abbasova 2016-cı ildən etibarən PAŞA Holding şirkətində fəaliyyət göstərib, 2019-cu ilin may ayından etibarən isə PAŞA Sığorta şirkətində İdarə Heyətinin üzvü təyin olunub və maliyyə blokuna rəhbərlik edir.
Dilara Babayeva - İdarə Heyətinin üzvü
Maliyyə sektorunda 10 illik iş təcrübəsinə malik Dilara Babayeva Azərbaycan Dövlət İqtisad Universitenində təhsil alıb. Əvvəlcə PAŞA Həyat Sığorta-nın baş mühasibi vəzifəsinə, daha sonra 2011-ci ildən həmin şirkətdə İdarə Heyətinin üzvü vəzifəsinə, 2016-cı ilin yanvar ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından isə İdarə Heyətinin üzvü,Baş Maliyyə İnzibatçısı vəzifəsini icra edir.
Savelyeva Tatyana - İdarə Heyətinin üzvü. Anderraytinq və təkrarsığorta departamentinin direktoru.
Tahir Əsgərli və Tərlan Qəhrəmanova, Banco.az