2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığortaşirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanmışdır. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat təşkil edib.
Cari ilinilk 10 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 44 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 45 manat olub.
Digər rəqəmlər ilə cədvəldə tanış ola bilərsiniz. Məlumatlar MBNP-nin təqdim təqdim etdiyi təcili statistik rəqəmlər əsasında hazırlanıb.
№ | Sığortaçının adı | Sığorta Ödənişləri |
1 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 41 019 968 |
2 | “Paşa Sığorta” Şirkəti | 39 974 073 |
3 | “Paşa Həyat Sığorta” | 39 845 771 |
4 | “Qala Həyat” Sığorta Şirkəti | 15 403 711 |
5 | “Atəşgah” Sığorta Şirkəti | 13 004 208 |
6 | “AXA MBASK” Sığorta Şirkəti | 10 492 180 |
7 | Dövlət Sığorta Kommersiya Şirkəti | 9 967 623 |
8 | “AzSığorta” | 7 435 664 |
9 | “A-Qroup Sığorta Şirkəti” | 6 431 168 |
10 | “Standard Insurance” Sığorta Şirkəti | 4 865 824 |
11 | “AtaSığorta” | 3 691 958 |
12 | “Xalq Sığorta” | 3 462 776 |
13 | “Azərbaycan Sənaye Sığorta” | 2 973 561 |
14 | “Mega Sığorta” | 2 415 083 |
15 | “İPƏK YOLU SIĞORTA” ASC | 1 785 090 |
16 | “Günay Sığorta” | 832 003 |
17 | “Rəvan Sığorta” | 470 903 |
18 | “Qala Sığorta” | 267 478 |
19 | “Bakı Sığorta” | 231 563 |
20 | “Amrah Sığorta” | 58 384 |
21 | "Naxçıvansığorta" | 8 015 |