2018-ci ilin iyul ayında 459 mln 852 min manat sığorta haqqı yığılıb. Könüllü sığorta haqqı 334 mln manatdan çox, icbari sığorta haqqı isə 125 mln manatdan çoxdur. Bu isə bazarın 73%-ni könüllü sığorta, 27%-ni isə icbari sığortanın təşkil etdiyini deyir. Sığorta haqqı keçən aya nəzərən 16% artıb.
Könüllü həyat sığortasının çəkisi könüllü qeyri-həyat sığortasından 35 mln 861 min manat çoxdur. İcbari qeyri-həyat sığortasının payı icbari həyat sığortasından isə 78 mln 319 min manat çoxdur.
Sığorta haqqı |
Həyat |
Qeyri-həyat |
Könüllü |
55% | 45% |
İcbari |
19% | 81% |
Könüllü qeyri-həyat sığorta haqqının 42%-i şəxsi sığorta, 58%-i əmlak sığortasıdır. Əmlak sığorta haqqının formalaşmasında isə ən çox payı əmlak ilə mülki məsuliyyət sığortası təşkil edir.