Sığorta bazarının 70%-nə 5 şirkət nəzarət edir | Banco.az

Sığorta bazarının 70%-nə 5 şirkət nəzarət edir

2017-ci ilin  oktyabr ayı üzrə cəmi sığorta yığımı 463 milyon təşkil edir. Bu isə keçən ilin dekabr ayı göstəricisindən 5% azdır.  Keçən ilin dekabr ayında cəmi sığorta haqqı 486 milyon təşkil etmişdir.

Oktyabr ayı üçün sığorta haqları üzrə beş şirkət,  Paşa Həyat, Paşa Sığorta,  Dövlət Sığorta Kommersiya şirkəti,  Atəşgah Sığorta və Atəşgah Həyat  ümumi bazar payının 69% -ni təşkil edir. Digər şirkətlər isə 31% paya sahibdir.  

 Aşağıdakı diaqramda sığorta şirkətlərinin sığorta haqqı üzrə bazar payını görə bilərsiniz.

 

Ən sərfəli kredit üçün müraciət et

2017-ci ilin oktyabr ayı üçün sığorta ödənişləri isə 205 milyon təşkil edir. Bu rəqəmi  keçən ilin dekabr ayı ilə müqayisə etsək 14% azalma olduğunu görəcəyik. 2016-cı ilin 31 dekabrına olan göstəriciyə əsasən cəmi sığorta ödənişi  237 milyon olub.

Sığorta ödənişlərinə nəzər yetirsək,  ümumi bazarın 73%-i  Atəşgah Həyat, Paşa Sığorta,  Paşa Həyat sığorta,  Qala Həyat sığorta və Atəşgah sığortanın   payına düşür. 27% -ni  isə digər şirkətlər təmsil edir.

Aşağıdakı diaqramda sığorta şirkətlərinin sığorta ödənişləri üzrə bazar payına nəzər yetirə bilərik. 

Xəzər Aslanov, Banco.az